Türkiyə Qırğızıstana 150 min doza peyvənd bağışladı

Türkiyə tərəfindən göndərilən 150 min doza COVİD-19 peyvəndi Qırğızıstana çatdı.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin koronavirusla mübarizə çərçivəsində bağışladığı 150 min doza "Sinovac" peyvəndi Qırğızıstanın paytaxtı Bişkekə aparılıb.

Peyvəndi gətirən təyyarəni Qırğızıstan Səhiyyə və Sosial İnkişaf naziri Alımkadır Beyşenaliyev və Türkiyənin Bişkekdəki səfiri Ahmet Sadık Doğan Manas Beynəlxalq Hava Limanında qarşılayıblar.

Beyşənəliyev, COVİD-19 epidemiyası ilə mübarizədə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib və Sinovac peyvəndinin 18 yaşdan yuxarı əhaliyə vurulacağını bildirib.

Onu da qeyd edək ki, 6,5 milyon əhalisi olan Qırğızıstanda indiyədək 700 mindən çox insan peyvənd olunub.

Son 24 saat ərzində ölkədə 4 min 104 test aparılıb, 104 yeni yoluxma aşkarlanıb və 2 nəfər COVİD-19 səbəbindən ölüb.
 
Ayşən Mirzəyeva
Mənbə:
0
27
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar