“TikTok” intihar çağırışları ilə məzmunu qadağan edib

“TikTok” sosial şəbəkəsi intihar və ya özünə zərər vermə ilə əlaqəli məzmunları qadağan edib.

Qazet.az xəbər verir ki, bu barədə TASS şirkətin açıqlamasına istinadən məlumat yayıb.

“İntihar və özünə zərər verməyə səbəb ola biləcək davranışı təsvir edən və ya təbliğ edən məzmunun yayımlanmasına icazə vermirik. İcma qaydalarını pozan məzmunu silirik və istifadəçilərin təhlükəli problemlərlə qarşılaşmalarının qarşısını almaq üçün müvafiq həştəqləri bloklayırıq”, – deyə şirkətin açıqlamasında bildirilib.

Qeyd edilib ki, belə məzmunu axtaran istifadəçilər xüsusi bir mənbə tərəfindən müəyyən edilir və onlara psixoloji dəstəklə bağlı telefon nömrəsi göndərilir.

Mənbə:
0
1290
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar