Tbilisidə Mirzə Fətəli Axundovun anım günü münasibətilə sərgi keçirilib

Tbilisidə Azərbaycanın görkəmli dramaturqu, yazıçısı, şairi və mütəfəkkiri Mirzə Fətəli Axundovun vəfatının 143 ildönümü münasibətilə sərgi keçirilib.

Qazet.az xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbiri Gürcüstanın Milli Parlament Kitabxanasında baş tutub.

Sərgidə M. F. Axundovun həyat və yaradıcılığını əks etdirən 25 fotoşəkil və rəsm əsərləri, əlyazmalar nümayiş etdirilib, eyni zamanda. dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verilib.

Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

Mənbə:
0
1371
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar