Şuşa

Bu gecə yuxuma girmişdi Şuşa,
Qolu qandallıydı, yarası dərin.
Amma görkəmində sevinc var idi
Sanki hiss etmişdi iyin zəfərin.

Bu gecə yuxuma girmişdi Şuşa,
Turşsuyu sevincdən coşub daşırdı.
Gələn əsgərlərin bu zəfərinə,
O da öz səsiylə nəğmə qoşurdu

Bu gecə yuxuma girmişdi Şuşa,
Küskün baxışlarla seyr etdi məni.
Dinmədim, utandım xəcalətimdən,
Deyə bilmədim ki, bağışla məni.

Bu gecə yuxuma girmişdi Şuşa,
Qala qapısın da açıb taybatay
Gözləyir fərəhlə Şanlı Ordusun,
Sevincdən dayanmır salıb hay-haray.

Bu gecə yuxuma girmişdi Şuşa,
Xan da məzarından “Segah” deyirdi.
Qoşulub əsgərə Cıdır düzündə
Rəislə birlikdə yallı gedirdi.

Bu gecə yuxuma girəcək Şuşa,
Görəcəm bayrağı qapısındadır.
O uca dağların o uca çayı,
Şirin bir azadlıq yuxusundadır.

Məmmədov Səbuhi Nəhməd oğlu,
Cəlilabad rayon Uzuntəpə kənd E.Yusifov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi

Mənbə:
0
1719
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar