Səhəri qanlı xəbərlə açdıq...

Azərbaycanda iki qardaşa qarşı amansız cinayət törədilib.

Azərforum xəbər verir ki, qanlı hadisə Ağstafa rayonunun Köçəsgər kəndində baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənddə yerləşən kafelərin birində düşən mübahisə zəminində, Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.  Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.  Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

0
13227
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar