Paşinyanın bəyanatına sözardı:“Ortada üçtərəfli saziş var, Nikol masaya oturacaq”

 “O, Zəngəzur dəhlizinin açılmasını yubatmağa çalışır”
 
“Bu mövzuda Rusiyadan təzyiq görən kimi Qərbə, Azərbaycan tərəfdən sıxışdırıldıqda isə rəsmi Moskvaya doğru yönəlir”
 
“Paşinyan  Rusiyaya  “əgər sən məni sıxışdırıb Zəngəzur dəhlizinin açılması məsələsini gündəmə gətirərsənsə, o zaman mənim alternativim Qərb olacaq” mesajını vermək  istəyir”
 
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında noyabrın 26-sında Soçidə,15 dekabrda isə Brüsseldə görüş keçiriləcək.Görüşə sayılı günlər qaldığı bir vaxtda,xalqın gözündən pərdə asmaq məqsədi ilə təşkil olunmuş mətbuat  konfransında  Paşinyan bir sıra açıqlamalar verib. O, Zəngəzur dəhlizinin açılması istqamətində danışarkən bunu "Ermənistan ərazilərinə təcavüz kimi" göstərməyə çalışıb. Eyni zamanda Naxçıvana yolun hardan keçəcəyinə yalnız Ermənistanın qərar verə biləcəyini  bəyan edib.
 
Bu fikirlər Azərbaycan Ermənistan Rusiya arasınada bağlanmış üç tərəfli sazişin müddəalarına ziddir. Maraqlıdır, mövcud durumda Ermənistan baş naziri belə çaşdırıcı nitqi ilə rəsmi Bakı və beynəlxalq ictimaiyyətə hansı mesajı vermək istəyir?
Mövzu ilə bağlı"Sherg.az"a danışan siyasi analitik, politoloq Turab Rzayev Paşiyanın bu cür açıqlamasının manipulyasiya məqsədi daşıdığını deyib: 
 
“O, beynəlxalq aləmə bildirmək istəyir ki,Ermənistan çətin vəziyyətdədir. Paşinyan yaxşı siyasətçi olmasa da, əla fırıldaqçıdır. O,  erməni ictimaiyyətini çox gözəl aldada bilir. Ortada məlum10 noyabr bəyannaməsi var. Onun bütün müddəalarını rəsmi İrəvan çox gözəl bilir. Paşinyan bu cür fikirlər səsləndirib bəyanatla Ermənistan tərəfin yerinə yetirilməli olduğu məsələləri, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını yubatmağa çalışır. Bu mövzuda Rusiyadan təzyiq görən kimi Qərbə, Azərbaycan tərəfdən sıxışdırıldıqda isə rəsmi Moskvaya doğru yönəlir. İkili oynamağı bacarır”.
 
Siyasi analitik  Paşinyanın  Rusiyaya  əgər sən məni sıxışdırıb Zəngəzur dəhlizinin açılması məsələsini gündəmə gətirərsənsə, o zaman mənim alternativim Qərb olacaq mesajını vermək  istədiyini bildirib: 
 
“Rusiya da bu ismarıcı alıb. 26 noyabr Soçi görüşünü də N.Paşinyana görə təşkil edib. Rəsmi Moskva yaxşı başa düşür ki, N.Paşinyan gedib birbaşa Brüsseldə görüşsə, mütləq bir səhv buraxacaq. Hətta Rusiya rəsmi İrəvanın orada hər hansısa bir sənədə imza atma məqamını da düşünüb”.
 
T.Rzayev  mətbuat  konfransında Ermənistan baş nazirinin 10 noyabr bəyannaməsinə görə Azərbaycan tərəfdən təzyiqlər gördüyünü bəyan etməsini diqqətə çatdırıb: 
 
“Bu onu göstərir ki, rəsmi İrəvan yenə də öz şər-böhtan ampulasına davam edir. Bütün məsuliyyəti öz üstündən atmağa çalışır. Belə bir hal heç vaxt ola bilməz, çünki ortada üçtərəfli bir saziş var”. 
 
    Politoloq sonda bundan sonrakı mərhələdə Ermənistan tərəfin hər bir halda danışıqlar masasına  oturacağını  söyləyib və  əlavə edib ki, N.Paşinyanın belə çıxışları artıq absurd və yersizdir”.  
 
0
6163
2
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar