Acun Ilıcalı əslən azərbaycanlı olduğunu etiraf etdi - VİDEO

Türkiyəli məşhur biznesmen Acun Ilıcalı əslən azərbaycanlı olduğunu deyib. Bu barədə o, sahibi olduğu TV8 kanalında “Müge ve Gülşenle 2. Sayfa” verilişində etiraf edib.

Oxu.Az-ın məlumatına görə, söhbət əsnasında Acun Ilıcalıdan yaşına rəğmən gənc qalma sirri soruşulub.

“Bizim ailədən olan bir avantaj ola bilər. Bəlkə bir az genetik şansdır”, - deyən məşhur biznesmen ata-babalarının Azərbaycandan olduğunu vurğulayıb.

Xatırladaq ki, Ilıcalı bir neçə ay öncə Bakıya gəlmişdi.

Mənbə:
0
137
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar