“Ararat Mirzoyanın Azərbaycanla mövqelərimiz üst-üstə düşür fikirlərindən sonra Baş nazir Nikol Paşinyanın da buna bənzər açıqlaması olub və orada kommunikasiyaların açılması mövzusuna da toxunulub. Bu baxımdan, istisna etmirəm ki, bu məsələdə hansısa irəliləyişə nail olmaq mümkün olsun”.
Eks-nazir Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın məlum bəyənatının pərdərarxası motivlərini şərh edib.
T.Zülfüqarovun fikrincə, burada ikinci problem hər şeydən əvvəl ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması məsələsidir:
“Bu məsələdə Ermənistan yavaş-yavaş həqiqətə yaxınlaşır ki, Qarabağ Azərbaycan ərazisidir və onun bölgədə bu və ya digər şəkildə tələblər qoyması qəbuledilməzdir. Lakin inanmıram ki, bu məsələ tam şəkildə öz həllini tapsın. Amma danışıqlarda irəliləyiş ola bilər. Biz real məlumatları biləndən sonra görəcəyik ki, ehtimallar özünü doğruldur, ya yox”.
Siyasi analitik onu da əlavə edib ki, əslinə qalsa, Laçın-Xankəndi yolunda olan nəzarət indiki mərhələdə sadəcə ictimaidir:
“Amma bu, bir növ onlar üçün psixoloji dərs oldu. Bundan əlavə, Azərbaycanın addımbaaddım öz suveren hüquqlarını bərpa edəcəyinə şübhəm yoxdur. Suveren hüquqlar isə bundan ibarətdir ki, sərhəd qayda-qanunları icra olunmalıdır. Eləcə də Qarabağda yaşayan ermənilər Ermənistanın bir parçası deyil. Bu, həm də psixoloji baxımdan onlara yaxşı bir dərs oldu. Çünki 30 ilin ərzində öyrənmişdilər ki, guya, Qarabağ Ermənistanın bir parçası idi. Həm orada yaşayan ermənilər, həm də Ermənistan erməniləri bunu belə qəbul edirdilər”.
Onun sözlərinə görə, indi isə bu müddət ərzində son reallıqlar onlara çatıb:
“Bəli, müqavimət göstərdilər, yaxud beynəlxalq imkanlardan istifadə edib diqqəti bu mövzuya yönəltdilər. Amma gördülər ki, Azərbaycan bu mövqedən çəkilməyəcək. Belə olan halda da artıq anladılar ki, buna öyrənməli və prosesləri qəbul etməlidirlər. Ona görə də əminəm ki, baş verən proseslərin nəticəsində tam şəkildə sərhəd qanunlarına uyğun olaraq, Laçın rayonunun girişində sərhəd-keçid məntəqəsi işini başlayacaq”.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə fəaliyyət göstərən QHT-lərə tövsiyələr verib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin bəzi məruzəçiləri tərəfindən ölkəmizə qarşı həqiqətəuyğun olmayan iddialar (erməni hərbçilərə işgəncələrin verilməsi və s) səsləndirilirdi: “Ancaq həmin xüsusi məruzəçilərin Azərbaycanla heç bir qərəzi yoxdur. Onların iddialarının əsas səbəbi erməni QHT-lərinin, ictimai fəallarının bu və ya digər məsələlərlə bağlı həmin şəxslərə müraciətləridir. Bizim də vətəndaş cəmiyyətimiz bütün məsələlərlə bağlı haqlılığımızı sübut etmək üçün əməli fəaliyyətə keçməlidir. BMT-nin qurumları, məruzəçiləri ilə daimi təmas saxlamaq lazımdır. Bu, bir istiqamətdir”.
İdarə rəisi vurğulayıb ki, QHT-lər beynəlxalq siyasətdə xüsusi rol oynayırlar:
“Qərb ölkələrində, beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyətinin sözü də xüsusi rol oynayır. Ona görə də hesab edirəm ki, müxtəlif sahələr üzrə də ixtisaslaşma çox vacibdir”.
Türkiyədə baş verən şiddətli zəlzələdən 78 saat sonra ana və 2 övladı dağıntılar altından sağ-salamat çıxarılıb.
Qeyd edək ki, axtarış-xilasetmə işləri davam edir.
Yaponiya Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə sarsılan Türkiyə üçün göndərdikləri humanitar yardımı artıracaq.
Milli parlamentin iclasında çıxış edən Yaponiyanın baş naziri fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə hökumətin Türkiyəyə səmimi başsağlığı verdiyini bir daha bəyan edib.
Yaponiya hökumətinin Türkiyəyə xilasetmə qrupları göndərdiyini xatırladan Kisida, yerli əhalinin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artırmağı nəzərdən keçirdiklərini bildirib.
Zəlzələnin vurduğu ziyanla bağlı məlumat toplamağa davam edəcəklərini bildirən Kisida, bölgədə yaşayan yaponlara dəyən ziyanla bağlı məlumat almadıqlarını bildirib.
Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu keçirdiyi mətbuat konfransında zəlzələlərdən zərər çəkən Suriyaya humanitar yardım göndərməyi planlaşdırdıqlarını da açıqlayıb.
NOCOMMENT.AZ
Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı mənzərə bütün dünyada bəşəri dəyərlərə hörmətlə yanaşan insanlar tərəfindən dərin kədərlə qarşılansa da, bu ali dəyərlərdən bixəbər insanların var olduğu bir “cəmiyyət” də var.
Ermənistanın Türkiyədəki zəlzələ ilə bağlı humanitar yardım göndərməsi xəbəri erməni cəmiyyətində rezonans doğurub. Bir çox ermənilər isə bu xəbərin “dəhşət”inə qapılaraq öz vəhşi təfəkkürlərinin təzahürlərini dilə gətirməkdən çəkinməyiblər.
Belə ki, Ermənistanda məsələ ilə bağlı keçirilən sorğunu cavablandıran ermənilərdən biri bildirib:
“Əlbəttə, biz yardım göndərməli idik. Ancaq zəhərlənmiş yardım. Zəhərdən daha çox insan ölərdi (gülür)”.
Başqa bir respondent, türk düşmənçiliyini gizlədə bilməyən erməni qadın isə “Türkiyəyə yardım etmək lazım deyil, onlar bizim düşmənlərimizdir” sözlərini işlədib.
Daha bir faşist, insanlıqdan nəsibini almamış erməni isə çıxışında “Yaxşı olar ki, məndən bu barədə soruşmayasınız. Bizdə – Spitakda olan zəlzələni xatırlayırsınız? Mən oradanam. Türkiyədə vəziyyət daha pis olmalı idi. Yaxşı oldu ki, başlarına bunlar gəldi. Ümid edirəm ki, vəziyyət daha da pisləçəcək” kimi sərsəm fikirlərini dilə gətirib.
Göründüyü kimi xalqların başlarına gələn bəlalara sevinən, qan və xaos mühitində özləri üçün münbit inkişaf şəraiti görən ermənilər öz xislətlərindən bir an belə əl çəkmək istəmirlər.
Çox təəssüf ki, təbii fəlakət qurbanlarına qarşı bu cür iyrənc sözləri sərf edəcək qədər cılızlaşmış, dinc insanların ölümünə sevinən, hətta bu faciəyə gülərək reaksiya verən vandallar da dünya əhalisinin statistikasında “insan” kimi qeyd olunur. Nə qədər insan olduqları isə sərf etdikləri xəstə düşüncələrdən gün kimi aydın olur…
Fevralın 6-da episentri Kahramanmaraş olaraq qeydə alınan və Türkiyəni dərindən sarsıdan zəlzələlər Suriyaya da ciddi təsir edib.
Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Həma, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.
Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağıdılıb və ya zədələnib.
Müxalifətin nəzarətində olan ərazilərdə xilasetmə işlərinə Suriya Milli Ordusunun (SMO) üzvləri də cəlb olunub.
Suriyadakı dağıntıların görüntüləri:
NOCOMMENT.AZ
Hazırda Kreml Ermənistanın nə istədiyini və erməni milli maraqlarının nədən ibarət olduğunu başa düşmür.
“Xarici siyasət oriyentasiyanız necədir” sualına müxtəlif ictimai-siyasi qüvvələrə müraciət etsəniz, fərqli cavablar alacaqsınız. “Təhlükəsizliyinizi kim təmin etməlidir” sualına üç cavab alacaqsınız: İran, Fransa və Rusiya. “Qarabağda sülhməramlılar qalmalıdılarmı” sualına da müxtəlif cavablar alacaqsınız. Hətta “İrəvan Qarabağla bundan sonra nə etməyi planlaşdırır” sualına da fərqli cavablar verilir. Ermənistanda proseslərə hakim gücün bir, xalqın başqa, müxalifətin isə tamam başqa baxışı var. Buna görə də İrəvanın nə istədiyi bəlli deyil”, – o bildirib.
Tokarev qeyd edib ki, bu gün Ermənistanda İrəvanın Qarabağı tərk etmək istəməməsi ilə bağlı dəqiq konsolidə edilmiş mövqe yoxdur:
“Üstəlik, Ermənistanda mühüm regional məsələlərlə bağlı fikirləri dövlət aparatının bəzi nümayəndələri və hakimiyyətə birbaşa aidiyyatı olmayan ayrı-ayrı media orqanları təbliğ edir. Amma Moskva onların gündəminin necə formalaşdığını yaxşı başa düşür. Kreml İrəvan hakimiyyətinin Rusiya-Ermənistan dialoqu ilə bağlı sistemli iş görməməsindən çaşqındır. Ermənistan rəhbərliyi səfərləri və sənədləri koordinasiya edir, sonra isə onlar pozulur və ya pislənir ki, bu da ikitərəfli münasibətlərdə müəyyən çətinliklərə səbəb olur.
Əminliklə bu suallara cavab almaq istəyirsən: Qarabağda hadisələrin gələcək inkişafını necə görürsünüz? Ermənistan siyasi isteblişmentinin Qərbə üz tutması fonunda Rusiyanı sıxışdırmaq siyasəti davam edərsə, gələcəkdə nə böyük fəlakətlər gözlənilir, başa düşülürmü? Ermənistan cəmiyyəti indiki siyasət davam etdirilərsə, İrəvanı hansı tarixi və humanitar fəlakətin gözlədiyini anlayırmı?”
axar.az
Ukrayna əsirliyinə könüllü təslim olmaq barədə “Yaşamaq istəyirəm” layihəsinə 7 600-dən çox rusiyalı hərbçi müraciət edib.
Onun sözlərinə görə, Rusiyada əhəmiyyətli itkilər fonunda növbəti səfərbərlik kampaniyası baş verib, Rusiya və Belarusun bəzi hərbçiləri təslim olma imkanı ilə daha fəal maraqlanmağa başlayıblar. Belə ki, yanvar ayında layihənin saytına 5,6 milyon istifadəçi daxil olub ki, bunun da 4,7 milyonu Rusiyadan olub. İndiyədək onlar təslim olmaq üçün 7 600-dən çox ərizə doldurublar.
“Rusiya təbliğatı faktları təhrif etməmiş sizi əmin etmək istəyirəm ki, layihə çərçivəsində könüllü təslim olmuş hərbi əsirlərin saxlanılması Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq həyata keçirilir. Onlar istəsələr, mübadilə nəticəsində vətənə qayıda bilər və ya sığınacaq istəyə bilərlər”, – Kostenko bildirib.
Report
Türkiyədə baş verən dəhşətli zəlzələnin üçüncü günüdür. Güclü zəlzələ ilə bağlı ictimaiyyət arasında müxtəlif müzakirələr aparılır. Bəziləri iddia edir ki, zəlzələ süni şəkildə yaradılıb, bu Türkiyəni istəməyən qüvvələr tərəfindən törədilib.
Qeyd edək ki, zaman-zaman zəlzələnin süni şəkildə törədilməsi barədə məlumatlar olur. Bununla belə, bəzi ekspertlər bildirirlər ki, zəlzələ təbii proses olsa da, bəzən süni şəkildə də yaradılır. Bildirilir ki, zəlzələni canlı aləm hiss etmirsə, deməli bu, süni yolla yaradılıb. Adətən ev heyvanları bir neçə gün öncə zəlzələnin olacağını hiss edər, həmin yeri tərk edərlər. Süni zəlzələlərdən əsasən hər hansı bir dövlətə qarşı əks-siyasət yeridildikdə istifadə edilir. İddialara görə dünyanın nəhəng ölkələrində elə silahlar var ki, bu təkanları süni şəkildə yarada bilir. Tektonik silah təbii geoloji proseslərə təsir edərək müəyyən ərazilərdə süni şəkildə zəlzələ, vulkan püskürməsi və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir. Vikipediyada qeyd edilib ki, azərbaycanlı alim İkram Kərimov 1968-ci ildə “Merkuri-18” məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, Türkiyədə təbii zəlzələ baş verib: “Süni zəlzələni təbii zəlzələdən ayıra bilirik”. O bildirib ki, təkanlar Yer daxili gedən geodinamik proseslər nəticəsində baş verib.
O qeyd etdi ki, Türkiyədə baş verən zəlzələ barəsində çoxlu miflər yazırlar: “Guya bu zəlzələ tektonik silahla edilib, Amerika edib, Rusiya edib. Guya bu silahın yaradıcısı azərbaycanlı İkram Kərimov SSRİ dövründə məxfi laboratoriyada bunu icad edib. Sonra guya Amerikanın gizli kəşfiyyat orqanlarından qurtulmaq üçün Afrikaya qaçıb. Mən də bu nağıllara inanıb bir neçə il öncə oxşar status yazmışdım. Amma xaricdə olduğum müəyyən yerlərdə araşdırmalardan sonra nə qədər yanıldığımı anladım. SSRİ dövründə Amerika və Rusiya arasında çox sahədə rəqabət gedirdi, kosmosu fəth etmək, başqa planetlərə uçmaqdan tutmuş, mifik görünən hansısa dağıdıcı silahların ixtirasına qədər. Hətta Yuri Qaqarin və Nil Armstronqun kosmosa getmələri mifi o qədər güclü idi ki, o dövrdə iki super dövlətin vətəndaşları artıq Ayda torpaq alın ev tikmək barədə düşünürdü. Amma real həqiqətlər var. Qaqarin səmaya qalxıb, amma kosmosda olmayıb. Yerin cazibə qüvvəsi daxilində hərəkət edib, necə ki, indi özlərini kosmos dövləti elan edib Yerin cazibə qüvvəsi daxilində stansiyalar qurub, dünyanı aldatmaqla məşğuldurlar. Doğrudur, İkram Kərimov böyük alim, nüfuzlu insandır. Zəlzələ üzrə mütəxəssisdir. Sovetlər dövründə də gizli laboratoriyada çalışıb. Amma silah icad etmək üçün yox. Sadəcə zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirmək üçün. Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu, yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır. Bu qədər dəhşətli silah icadı barədə məlumatlar var, nə də bu silahı işə salacaq enerji sovetlərdə və indi Rusiyada mövcuddur.
O zaman sovet kəşfiyyatı Amerika və Qərb dövlətlərinə guya gizlin informasiya sızdırır: “1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18″ məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir – zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanı məhv etmək istəyir Sovetlər. Bu dezinformasiya o qədər sürətlə yayılır ki, Amerika kəşfiyyatı dərhal işə keçir. Sovetlərin bütün mərkəzlərinə agentlər sındırılır və Bişkekdə olan laboratoriyaya gəlib çıxırlar. Nəticə olaraq bu sovet kəşfiyyatının blefidir, belə silah barədə bir çertyoj belə yoxdur. Dərhal sovetlər izi azdırmaq üçün İkram Kərimovun elmi tədqiqat qrupunu bağlayır. Sovetlər biabır olduqlarını başa düşüb belə məlumatı yayırlar. Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar”. Gülməlidir eləmi? İkram Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram müəllim əgər belə silahın müəllifidirsə hazırda dünyanın ən güclü dövlətləri onu çoxdan dəvət edib milyonlarla pul xərcləyib bu silaha sahib olardılar. Belə silah barədə mif doğru olsa idi İkram müəllim indi AMEA-dan ayda 900 manat maaş yox, Amerika Müdafiə Nazirliyində ilinə 9 milyon dollar maaş alardı”.
Dosent tektonik silah barədə bunları deyib: “Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür. Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən ideya olaraq səsləndirilib. Nə İkram Kərimov, nə də Amerikanın alimləri kəşf edib. Rus alimi belə ideya sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Amma bunun üçün Yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil. Hətta nüvə reaktoru belə bu enerjini verəcək gücdə deyil. Yerin daxilində olan yığılmış enerjilər sadə dillə desək, Yerin damarına neçə milyon voltluq enerji lazımdır ki, ötürüslün, yeraltı təkan baş versin. Hazırda dünyada belə enerji verəcək güc yoxdur. Elmin “peyğəmbəri” Nikola Tesla belə enerjini yaratmaq və dünyanı pulsuz və fasiləsiz elektrik ilə təmin etmək üçün layihə üzərində işləsə də, Rotşild ailəsi, Rokfekler ailəsi və digərləri ona mane oldular. O gündən bəri dünyada fizika ilə məşğul olan ən dəyərli alimlərə müharibə elan edildi. 1940-cı ildən bu günə qədər yüzlərlə böyük elmi işlər aparan fiziklər məhv edilib. Amerikalılar isə 2000-ci ilin əvvəllərində tektonik silah olan HARP yaratdıqlarını elan etsələr də, onun gücü çox zəifdir. Şəxsən özüm bu barədə ciddi sənədlər oxumuşam. Belə silah var. Amma o, Rixter cədvəli üzrə maksimum 3 bal gücündə silkələnmə yarada bilər. Amma uzaq məsafələrdə yox”.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da deyib ki, zəlzələ bölgəsindəki dağıntıların görüntülərindən yaranan emosional sarsıntıya görə bir çoxları sui-qəsd nəzəriyyələrinə və əsassız ittihamlara qapıldılar: “Bəşəriyyət 17 km dərinlikdə yüzlərlə nüvə bombasının gücünə bərabər partlayış təşkil edə biləcək texnologiyaya malik deyil. Nəinki episentrdəki müasir evlər, hətta təxminən 2 min il əvvəl tikilmiş Roma qalası belə fəlakətin təsirinə tab gətirə bilmədi. Görünür, insanlar öz qüdrətlərinə o qədər inanırlar ki, reallığı qəbul etməkdən imtina edirlər”, – politoloq bildirib.
Qeyd edək ki, Türkiyədə fevralın 7-də gecə saatlarında Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, elə həmin gün saat 13:24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Son məlumata əsasən, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb, 49 133 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.
Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır.
Məlumata görə, onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
Hazırda İİKK-nin əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır.
Sayt qeyd edir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan İİKK generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta İİKK-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.
Məlumata görə, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.
Azərbaycan ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.
Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə İİKK-nın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bunda İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür.
Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.
Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.
Xatırladaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu da təsdiqlənib.
Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə bu vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb.
Anadolu agentliyində yayımlanan xəbərdə dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması barədə fikirləri oxuculara təqdim edilib. Yazıda Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, – sözlərinə yer verilib.
Məqalədə Azərbaycan Prezidentinin Türkiyə dövlətinin operativ və çevik addımlarının insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olmasını göstərməsi və qardaş ölkənin gücünü bütün dünyaya bir daha nümayiş etdirməsi barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.
“HaberGLobal” televiziya kanalının saytında yer alan xəbərdə də dövlətimizin başçısının Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Yazıda Prezident İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri xüsusi qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.
“Milliyet” qəzeti isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini yazıb. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.
Türkiyə KİV-lərində yer alan məqalələrdə azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında uğurla çalışdıqları vurğulanıb. “Yeni Şafak” qəzeti yazıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məqalədə Azərbaycan dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyi qeyd olunub.
“Hürriyet” qəzetində dərc edilən məqalədə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər olub. Azərbaycanda başlanan yardım kampaniyası barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri bildirilib. Yazıda sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb.
“TRT Avaz”ın yaydığı xəbərdə isə humanitar yardım daşıyan 13 yük avtomobilinin fevralın 8-də səhər saatlarında Bakıdan Türkiyəyə yola düşdüyü bildirilib. Qeyd olunub ki, bu humanitar yardıma 260 çadır, 300 çarpayı, 2 böyük generator, 8 min geyim, 20 min cüt corab, 350 masa, 1000 stul və 5 min dəsmal daxildir.
Anadolu agentliyinin yaydığı “Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir” sərlövhəli xəbərdə bildirilir ki, Azərbaycan dövləti bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.
Məqalədə dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığı qeyd olunub.
Türkiyə KİV-lərində yer alan xəbərlərdə Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri xüsusi vurğulanıb.
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağıntılar altından 88 yaşlı qadın sağ çıxarılıb.
Yaşlı qadın 62 saat dağıntılar altında qalıb. Xilasedicilərin səyi nəticəsində, onu xilas etmək mümkün olub. Kalkap Değirmenci adlı qadın təcili yardımla xəstəxanaya aparılıb.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bu gün Rusiya ordusu Çerniqov vilayətinin Semyonov rayonuna raket zərbələri endirib.
Raketlər sənaye binasına düşüb, nəticədə bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Episentri Kahramanmaraş olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə həmrəylik mesajları göndərilməkdə davam edir.
Belə ki, Almaniya Parlamentinin deputatları bugünkü iclasda Assambleyanın sədri Baerbel Basın çağırışı ilə zəlzələlərdə həyatını itirənlərin və onların yaxınlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
NOCOMMENT.AZ
Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xilasetmə işlərinə Türkiyəyə 66 ölkədən xilasedicilər gəlib.
Fuad Oktayın sözlərinə görə gələn ölkələrdən 4931 xilasedici artıq zəlzələ bölgəsində işləyir, 1756 nəfər isə tezliklə gələcək.
F. Oktay ərazidə ümumilikdə 103 mindən çox insanın işlədiyini qeyd edib.
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobil gündəm olub.
Əldə etdiyimiz məlumata görə həmin şəxs Sərvər Bəşirlidir. O, qonşuların və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparıb.
O, bu yardımı özünə borc bildiyini və Türk xalqı ilə qardaşlığımızın əhəmiyyətindən danışıb: “Bizim də 1992-ci ildə belə qarlı, çovğunlu hadisələrimiz olub. Qardaş ölkənin də başına gələn bu təbii fəlakətə görə əlimizdən gələn köməkliyi elədik. Gözləmirdim ki, bu fotom gündəm olar və hər kəsin axtardığı şəxsə çevrilərəm. Avtomobilin üstündəki yükləri əmim, dayım, nənəmgil, laçınlıların məskunlaşdığı yataqxanda yaşayan şəxslər yığıb. Mən ancaq tiktok sosial platformasında varam, oradakı rəyləri oxuyuram. Türkiyə bayrağını da maşından asmaq öz ideyam idi. Növbəti dəfə də yardım aparacağıq”.
Qeyd edək ki, Bəşirli Sərvər Rasim oğlu Laçın rayonunun Minkənd kəndindəndir. 1989-cu ildə anadan olub. İmişli qeydiyyatındadır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır.
Məlumat üçün onu da bildirək ki, gündəm olan fotonun müəllifi fotoqraf Elvin Əliyevdir.
“Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.
Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur: “Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.
Fransa Milli Məclisinin sessiyası başlamazdan əvvəl Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər və onların yaxınlarınin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
İclasda çıxış edən Yeal Braun-Pivet deyib: “Minlərlə bina uçub, şaxtalı soyuqda bir çox ailə evsiz qalıb. Fransa zəlzələdən zərər çəkmiş insanlara təcili yardım göstərmək üçün tərəfdaşları ilə səfərbər olur. Fransa xilasetmə qrupları işdə iştirak etmək üçün ərazidədir”.
🇫🇷❤️🩹🇹🇷 Ulusal Meclisi’miz dün #Türkiye’de depremde hayatını kaybedenlerin anısına hürmetin ve sevenlerine desteğinin bir ifadesi olarak bir dakikalık saygı duruşunda bulundu.@AssembleeNat @TBMMresmi #dayanışma #TurkeyEarthquake pic.twitter.com/ZlNq81jj76
— La France en Turquie 🇫🇷🇪🇺 (@FranceenTurquie) February 8, 2023
NOCOMMENT.AZ
Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə müəyyən şərhlər yayaraq, Türkiyədə baş vermiş zəlzələnin Azərbaycanda da olacağı haqda “proqnoz verirlər”.
“Onlar Xəzər dənizində neft və qaz hasilatı ilə əlaqədar qazılmış quyuların belə bir təhlükəyə səbəb ola biləcəyini iddia edirlər. Yalnız bisavad adamlar bu məlumatları yaza və yaya bilər. Neft və qaz istehsalının zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Boşluq əmələ gələrsə, bu, müəyyən kiçik təkanlar yarada bilər, amma insan fəaliyyəti böyük zəlzələlərə səbəb ola bilməz”, – ekspert bildirib.
Ekspert sosial şəbəkələrdə yayılan saxta xəbərlərə və məlumatlara da öz münasibətini bildirib:
“Bir daha təəssüflə qeyd edirəm ki, özünü ekspert və siyasətçi adlandıran bir qrup şəxs sosial şəbəkələrdə belə şayiələr yaymaqdan çəkinmir. Bundan başqa sosial şəbəkələrdə bəzi konspiraloji nəzəriyyələr irəli sürülür ki, guya bu zəlzələlər hansısa ölkələr tərəfindən təşkil olunub, tektonik silahlardan istifadə edilib və s. Bu kimi şayiələr ilk dəfə deyil ki, ortaya çıxır. Hər böyük zəlzələdən sonra insanlar arasında belə iddialar yayılır və hər dəfə də təkzib olunur. Müqayisə üçün qeyd edim ki, Türkiyədəki zəlzələdən daha zəif zəlzələnin baş verməsi üçün Xirosimada partladılmış bombanın 50 qat gücündə bomba partladılmalıdır. Bunu isə kimsə 15 km dərinliyə qazıb yerləşdirməlidir. İndiki vəziyyətlə bağlı bu, Türkiyə ərazilərində edilməldir. Göründüyü kimi, bu, mümkün deyil. Dünyada ən dərin quyu vaxtilə Sovet İttifaqı tərəfindən Kola yarmadasında 11 km dərinliyində qazılıb və sonradan bu layihə bağlanıb. Heç bir ölkənin texnologiyasında zəlzələləri süni şəkildə yarada biləcək tektonik silah mövcud deyil. Ona görə də hər kəsi neft-qaz quyusu və ya tektonik silahlarla bağlı uydurmalara inanmamağa çağırıram”.
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir qadının meyitini çıxarıb.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 50 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Lazımsız informasiyanın beynimizə axın etdiyi bu dövrdə yaddaşımızın idarəsi də get-gedə çətinləşməkdədir. Son dövrlərdə təhsil sahəsində aparılan tədqiqatlara görə, uğurlu tələbələrin öyrənmə qabiliyyəti daha yuxarıdır.
1. Xatırlamaq üçün özünüzü məcbur edin.
Sizin üçün faydalı olan şeylərin ən az əyləncəli olan hissəsi də onların çətin olmasıdır. Öyrənmək çətinləşdikcə, insan əlindən glənin ən yaxşısını edir. Məsələn, bu, çəkinizdən daha artıq olan ağırlığı qaldırmağın, sizi daha güclü etməsi kimidir. Bunu fürsətə çevirmək bəsit olsa da, asan deyil. Xatırlamaq üçün özünüzü məcbur edin. Öz hazırladığınız kiçik məlumat kartları bu işdə sizə kömək edəcək və beyninizdəki suallara cavab verməyə sizi məcbur edəcək.
2. Beyninizi çox qarışdırmayın.
Oxuduğunun bir şeyin asan olduğunu və onu dərhal başa düşdüyünüzü düşünmək səhvdir. Aldığınız məlumatı eyni sürətlə də unuda bilərsiniz. Məsələn, hava limanındasınız və giriş darvazanızın nömrəsini xatırlamağa çalışırsınız. Monitora baxıb 210 olduğunu görürsünüz və öz-özünüzə asan olduğunu deyirsiniz. Əlinizdəki telefonu qurdalayaraq, gəzməyə başlayırsınız. Bu halda da hara getdiyinizi dərhal unudursunuz. Əslində etməli olduğunuz şey isə, nömrəni oxuyub, özü-özünüzə təkrar etməkdir:’Qapı hansıydı? Hə, 210, oldu, indi xatırladım”.
3. Köhnələr və yenilər arasında əlaqə qurun.
Yeni öyrəndiyiniz bir şeyi köhnə bilginizlə əlaqələdnirmək xatırlamağın ən yaxşı üsullarından biridir. Bu həm də yeni öyrəndiyiniz bilgini daha yaxşı dərk etməyinizə kömək edəcək.
4. Öyrəndiklərinizi yansıtmağa çalışın.
Geriyə dönüb baxmaq hər zaman yaxşıdır. Professor Francesko Gino deyir ki, insanlar öyrəndiklərini yansıtmaq fürsəti tapdıqlarında, bu onlara çox kömək olur. Bunun öhdəsindən gələ biləcəklərini əyani sürətdə görür və öyrəndikləri şeylərər daha çox enerji sərf edirlər. Bildiyimiz şeyləri təcrübədə sınamaq və etdiyimiz işlərdə yansıtmaq sizə mənasız görünə bilər, lakin əslində bu daha faydalı bir üsuldur.