Məğlubiyyət acısı yaşayan düşmən öz adını danır

Azərbaycanın 30 il işğal altında qalan ərazilərində olan nə varsa, tar-mar edən ermənilərin həyasızlığı davam edir. Onilliklər ərzində baş verənlərə görə cavab verməli olduqlarının fərqinə varmayan mənfurlar həmişəki kimi, saxtakarlıq əməllərindən əl çəkmirlər. Bu yöndə növbəti xəbər dini müstəvidən gəlib: “Azərbaycanın nəzarətində olan ərazilərdə erməni dini və mədəni irsinin, Culfa, Naxçıvan və Azərbaycanın digər bölgələrində Dünya İrsi əhəmiyyətli erməni tarixi yerlərinin sistematik şəkildə məhv edilməsi ilə bağlı əsaslı məlumatlar bizi narahat edir. Bu barədə Müqəddəs Eçmiədzin Ana Taxtında keçirilən “Beynəlxalq Dini Azadlıq və Sülh” mövzusundakı konfransın yekun bəyanatında deyilir. Ümumdünya İnsan Haqları Bəyannaməsində, beynəlxalq və regional insan hüquqları müqavilələrində ifadə edilən din və inanc azadlığı hüququnun prinsiplərini bir daha təsdiqləyirik. İnanırıq ki, bu hüquq inancından, milliyyətindən və siyasi şərtlərindən asılı olmayaraq hər kəsə məxsusdur”.

Maraqlısı odur ki, görəsən, ermənilər etdiklərinə, əməllərinə deyil, heç olmasa, öz yazdıqlarına dönüb baxırmı? Bu prizmadan yanaşılsa, onlar eşidən qulaqlarının olmadığı kimi, görən gözünün də yoxluğunu qəbul etməlidirlər. Eynən keçənilki məğlubiyyətlərinin varlığı kimi...

Nigar

Mənbə:
0
89
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar