İmmunitet sertifikatı nədir? - VİDEOTƏLİMAT

"İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir və koronavirusa yoluxmuş, bununla bağlı PZR testi verdikdən sonra nəticəsi pozitiv çıxmış şəxslərə verilir.

Sözügedən sertifikatı əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsinə daxil olaraq "E-xidmətlər” bölməsində "Şəxsi Kabinetə giriş” (https://bit.ly/3kjiXwK) altbölməsini seçirik. Açılan pəncərədə istifadəçi adı və şifrəni daxil etdikdən sonra "Digər xidmətlər” bölməsindən setifikatı yükləyə bilərik.

Sertifikatı "E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə etmək olar.

"İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.

Mənbə:
0
349
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar