İki milyardıncı "iPhone" satıldı

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Apple" şirkəti 2 milyardıncı "iPhone" smartfonunu satıb.

Trend-in məlumatına görə, bu barədə "Asymco" analitika agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2 milyardıncı smartfon bu həftə satılıb.

Hesabata əsasən, hazırda bütün dünyada 1 milyard nəfərdən çox "iPhone" istifadəçisi var. Ümumilikdə, smartfon istifadəçilərinin (3,8 milyard nəfər) 26 faizi "iPhone" istifadəçisidir.

Qeyd edək ki, "Apple" 1 milyardıncı "iPhone"u 2016-cı ilin iyulunda satmışdı.

Mənbə:
0
126
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar