Hava nəqliyyatı ilə sərnişindaşımalar kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 687,2 min və ya illik müqayisədə 39,9% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, daşımaların 99,3%-i dövlət, 0,7%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə sözügedən nəqliyyat növü ilə yükdaşıma 15,1% artaraq 318,9 min ton təşkil edib.

Qeyd edək ki, hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının artımı pandemiya səbəbindən bağlanan aviareyslərin qismən bərpa olunması ilə əlaqədardır. //APA

Mənbə:
0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar