Ermənilərin qorxulu röyası: delimitasiya və demarkasiya

Beynəlxalq –hüquqi əsasın olmaması və tərəflərin bir-birinə qarşı inamsızlığına görə Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədində yerləşdirə bilmir. Bu barədə cümə axşamı brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyi informasiya və mətbuat İdarəsinin direktor müavini Aleksandr Bikantov bəyanat verib. Onun sözlərinə görə "Sərhədçilərin iki ölkənin sərhədi boyu yerləşdirilməsinin qarşısını alan problemlərdən biri qarşılıqlı inamsızlıqdan irəli gələn beynəlxalq hüquqi bazanın olmamasıdır”. Əgər Rusiya sərhədçilərinin Ermənistanın tələbinə uyğun olaraq iki ölkə sərhədində yerləşdirmək mümkün deyilsə, bəs ermənilərin rus əsgərlərinin artıq sərhəddə yerləşdirilmələri ilə bağlı bu istiqamətdə yaydıqları məlumatlar nədir? Yenə də ermənilər köhnə adətlərini təkrar edərək dezinformasiya ilə məşğuldurlar? Yaxud onlar sərhəddə Rusiyanın bayrağını asaraq və ermənilərə rus hərbi forması geyindirərək Azərbaycana göz dağı verirlər? Hər halda bu məsələlərə müvafiq qaydada aydınlıq gətirilməlidir. Azərbaycan tərəfi Rus hərbçilərinin sərhəddə yerləşdirilmələri haqda rəsmi kanallarla məlumatlandırılmalıdırlar. Əks halda ermənilər ruslara qarşı təxribat törədib bizim üstüməzə ata bilərlər. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi eyni zamanda qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyasından sonra Azərbaycan-Ermənistan sərhədində davamlı atəşkəsə nail olmaq mümkündür. Deməli, Rusiyada ən yüksək səviyyədə Azərbaycanın haqlı tələbi-sərhədlərin bir an öncə delimitasiya və demarkasiya olunmasının zəruriliyini başa düşürlər. Amma bu məsələ ermənilərə hələ çatmır. Onlar delimitasiya və demarkasiyanı az qala Ermənistanın bütünlüklə Azərbaycana verilməsi kimi başa düşür və hər vasitə ilə buna mane olmağa çalışırlar. Baxmayaraq ki, Nikol Paşinyan hələ seçki kompaniyası zamanı gec-tez bu məsələnin həll olunacağına işarə etmiş və erməniləri sərhədlərin dəqiqləşdirilməsindən qorxmamağa çağırmışdı. Amma Ermənistandakı müxalif qüvvələr sərhədlərin delimitasiya və demarkasiyasının Azərbaycanın ərazi bütövlüyünün tanınması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə əmin olduqlarına görə bu prosesə qarşı çıxırlar. "İndiki şəraitdə sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək olmaz. Bu sərhədyanı əhalinin hüquqlarının pozulması baxımdan vəziyyəti daha da ağırlaşdırar. Onların hüquqları bərpa olunmalıdır.” -Bu bəyanat da Erməni ombudsmanı Arman Tatoyana məxsusdur. Görəsən indi hüquqlarını müdafiə etməyə çalışdığı ermənilər Azərbaycan ərazilərində, Azərbaycanlıların buraxıb getməyə məcbur olduqları yaşayış məntəqələrində məskunlaşanda erməni hüquq müdafiəçisi harada idi? 10-15 erməninin hüquqlarının müdafiəsinə qalxan ombudsman nədən 1 milyon hüququ pozulmuş azərbaycanlıları yada salmır? Amma Azərbaycanın təklifini dəstəkləyən təkcə Rusiya deyil, Avropa və Amerikadan da sərhədlərin dəqiqləşdirilməsinin vacibliyi haqqında çağırışlar eşidilməkdədir və erməni tərəfi sonsuza qədər bu çağırışları qulaq ardına vura bilməz.

Əlimusa İbrahimov Politoloq

Mənbə:
0
426
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar