Aİ bütün mobil cihazlar üçün universal şarj təklif edir

Avropa Komissiyası mobil cihaz istehsalçılarına qarşı yeni tələb irəli sürməyə hazırlaşır.

Belə ki, bu günlərdə mobil telefon, planşet və qulaqcıqların eyni şarj portu ilə təchiz edilməsini nəzərdə tutan qanun layihəsi qurumun müzakirəsinə çıxarılacaq.

Brüsselli məmurların fikrincə, enerji yığımı yuvalarının eyniləşdirilməsi həm ekoloji, həm də istifadəçi rahatlığı baxımından daha məqsədəuyğundur.

Qeyd edək ki, hazırda bir çox istehsalçılar USB-C yuvasından istifadə edir. Nisbətən köhnə model cihazlar isə USB micro-B yuvasıyla təchiz olunur.

“Apple” cihazlarında isə tam fərqli texnologiya tətbiq edilir.

Mənbə:
0
73
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar