NASA son 5 ildə kosmosda baş verən ən ciddi insidenti açıqladı

2020-ci ilin mayında Rusiyanın çoxpilləli raket sistemi olan “Fregat-SB”nin tankının partlaması son 5 ildə kosmosda baş verən ən ciddi insident kimi qeydə alınıb.

Qazet.az-ın xəbərinə görə, bu barədə NASA-nın Conson adına Kosmik Mərkəzinin saytında məlumat verilib.

Həmin partlayış nəticəsində 100-6000 kilometr yüksəklik aralığında 325 dağıntı meydana gəlib.

Bundan əvvəl isə ABŞ Hərbi Hava Qüvvələrinin 18-ci Kosmik Nəzarət Eskadrilyası Rusiyaya məxsus kosmik məkikin tankının orbitdə partlaması nəticəsində 65 dağıntı meydana gətirdiyini bildirmişdi. Sonradan “Roskosmos” dağıntıların Beynəlxalq Kosmik Stansiyanı və Rusiya peyklərini təhdid etmədiyini bildirərək faktı təsdiqləmişdi.

Lakin yeni məlumatlara görə, partlayış nəticəsində daha çox miqdarda tullantının kosmosa yayıldığı məlum olub. Amerika müşahidə cihazları 100-6000 kilometrə qədər yüksəkliklərdə həmin insidentdən yaranan 325 dağıntını aşkar edib, bunun 309-u isə kosmosda qalıb.

Mənbə:
0
1085
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar