Mahir Emreli Polşa çempionatında növbəti qolunu "Rukov"a vurdu

"Legiya"da çıxış edən Azərbaycan millisinin futolçusu Mahir Emreli Polşa çempionatında növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu IX turda "Rakuv"la matçda fərqlənib.

Forvard 34-cü dəqiqədə Varşava təmsilçisinin bərabərlik qoluna imza atıb.

Görüşdə ilk hissə oynanılır və hesab bərabərdir - 1:1. Mahir Emreli VIII turda "Qurnik Lençna"ya 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada da adını tabloya yazdırıb

Mənbə:
0
164
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar