• Şikayət et

Lisenziyası olmayan taksilər rayonlara sərnişin DAŞIMAYACAQ – RƏSMİ 

Xəbər verildiyi kimi, paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobilləri bir mərkəzə toplanacaq.

Artıq dayanacaq üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində yer də seçilib. Dayanacağın gələn ayın əvvəlində sürücülərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Söhbət 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən taksi minik avtomobillərindən gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Taksi şirkətlərinin “bahalaşma yarışı”- Kəskin havada QİYMƏT FÜRSƏTİ


Maraqlıdır, vahid dayancaqda hansı taksi minik avtomobilləri fəaliyyət göstərə biləcək? 

Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov Bizim.Media-ya bildirib ki, söhbət tam qanuni taksi fəaliyyətindən gedir:

“Daşıyıcılar fərqlənmə nişanı alıb fəaliyyət göstərə bilərlər. Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən daşıyıcı sifariş gözləyərkən taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir. Yeni yaradılacaq ərazidə tam qanuni taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər fərqlənmə nişanı alaraq fəaliyyətini davam etdirə bilərlər. 

Qanunvericiliyin tələləblərinə cavab verməyən taksilər barəsində isə, müvafiq qaydada tədbirlər görüləcək.

Şəhərlərarası sərnişin daşıyan taksinin salonu və baqaj bölməsi təmiz vəziyyətdə olmasına daim nəzarət olunmalı, iş vaxtı təmiz və səliqəli geyimdə olmalıdırlar, habelə sərnişinlərlə ünsiyyətdə nəzakətli olmaq tələbi var. Avtovağzalın qarşısında isə bu sadalananlar mövcud deyil”.

Qurum rəsmisinin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, müxtəlif ərazilərdə tıxacın azaldılması və vətəndaş məmnuniyyəti yaratmaq məqsədi daşıyır:

“Müşahidələr göstərir ki, taksilər avtovağzalın qarşısındakı yolda dayanır, hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli olan yerlərdə fəaliyyət göstərir. Xaotik vəziyyət, xoşagəlməz halların aradan qaldırılması ilə bağlı avtovağzal ərazisində, Nəqliyyat Qovşağında 200-ə yaxın taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün vahid mexanizm və uyğun məkan seçilib”. 
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da sözügedən addımı təqdirəlayiq hesab edib:

“Bakıya lüzumsuz daxil olan avtomobillərin də sayı azalacaq. Bunlar həm də sıxlığın aradan qaldırılmasına kömək olacaq. Yaxşı olardı ki, bu məsələ təkcə Bakı Beynəxalq Avtovağzal Kompleksi ilə bitməsin, paytaxtın bütün girişlərində tam leqal olaraq iri taksi vağzalları və duracaqları da yaradılsın. Bu da Bakı şəhərinə öz töhfəsini verə bilər”.

Alçina Amilqızı, Bizim.Media 

Mənbə:
0
11
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar