"Legiya"nın əfsanəsi Mahir Emrelini təhlükəli hücumçu adlandırdı

"Legiya"nın avrokuboklarla müqayisədə Polşa çempionatında az qol vurması başadüşülən deyil. Ümumiyyətlə, bu problem təkcə bu mövsümdə deyil, ötən illərdə də aktual olub. Bunun üçün əvvəlki matçları xatırlamaq kifayət edər".

Bunu Polşa "Legiya"sının sabiq futbolçusu Voytsex Kovalçik komandanın Ektraklasada məhsuldarlığının aşağı olması barədə "sport.wprost.pl" saytına açıqlamasında deyib.

Əfsanəvi hücumçu bildirib ki, Varşava təmsilçisinin cari mövsümdə ölkə çempionatında cəmi 3 qol vurması olduqca aşağı göstəricidir: "Açığı, paradoksal vəziyyətdir. Çünki baş məşqçi Çeslav Mixneviçin sərəncamında Pomaş Pexart, Mahir Emreli və Rafa Lopes kimi güclü hücumçular var. Onların hər biri təhlükəli və meydanda çox şeyə qadirdir. Həmin forvardlar bunu Çexiyanın "Slaviya" (Praqa) klubu ilə matçlarda sübut ediblər".

1990 - 1994 və 2001-ci illərdə "Legiya"nın formasını geyinmiş Voytsex Kovalçik 124 oyunda 42 qol vurub.

Qeyd edək ki, "Legiya" bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. C qrupunda mübarizə aparan komanda Rusiyada Moskva "Spartak"ı ilə qarşılaşacaq.
 
///Report
Mənbə:
0
178
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar