Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu "Report"a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə ötən gecə Y.Zurufçunun durumunu izləyiblər: "Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Mənbə:
0
73
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar