İlham Əhmədov yazır... 

Ölkəmizə erməni, rus, fars basqısı son aylar intensivləşib. Gəlin düşmənlərin acığına milli birlik göstərək, gec də olsa nəhayət ki, Qüdrətli Dövlət quraq, hər sahədə uğur qazanaq. Bu məqsədlə İsrailin keçmiş baş naziri Golda Meirin bu 3 təklifini qətiyyətlə həyata keçirməliyik. 1. Qanunun aliliyi təmin edilməli, korrupsiya tamam yox edilməlidir. Korrupsioner xalq düşməni, vətən xaini hesab edilməlidir. Ölkəni inkişafdan saxlayan əsas amil korrupsiyadır. 2. Hərbçi, müəllim və həkim peşələri ən yüksək maaşlı və nüfuzlu peşələr olmalıdır. 3. Yorulmadan çalışmalı, bütün sahələrdə olan problemlərimizi həll etməli, dövlətimizi daim inkişaf etdirməliyik. Heç kəs gəlib dövlətimizi bizim əvəzimizə inkişaf etdirməyəcək. Bu qədər sadə. Kim istəmir ki, Qüdrətli Dövlət quraq ?

Paralel.az

Mənbə:
0
76
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar