• Şikayət et

İki məşhur futbolçu İstanbula gəlir - "Qalatasaray" üçün

"Qalatasaray" iki məşhur futbolçunun transferini bitirmək üzrədir.

Sportinfo.az xəbər verir ki, "cim bom" "Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyra və "Napoli"dən ayrılan Dris Mertenslə razılıq əldə edib.

Hər iki oyunçu bu gecə yerli vaxtla 22:45-də İstanbulda olacaq.

"Qalatasaray" Lukas Torreyra üçün London təmsilçisinə 6+1,5 milyon avro ödəyəcək. 3+1 illik müqavilə imzalayacaq uruqlavlı yarımmüdafiəçinin illk maaşı 3,2 milyon avro olacaq.

Dris Mertens isə "sarı-qırmızılar"a azad agent statusu ilə gəlir. Onunla 1+1 illik sözləşmə imzalanacaq. 35 yaşlı belçikalı hücumçu ilinə 4 milyon avro qazancaq.

Mənbə:
0
86
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar