"Festivalda iştirak etməyimizin böyük əhəmiyyəti var”

“Bildiyimiz kimi artıq dünən Azərbaycanın nümayəndə heyəti və Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olublar”. Bu sözləri KİV-ə açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, burada bir çox görüşlər keçirilib, eyni zamanda 4-cü "Texnofest" festivalında iştirak ediblər: “Əvvəla onu qeyd edim ki, "Texnofest" festivalı 2018-ci ildən keçirilir. Bu festivalda bir çox dünya ölkələri və onların müasir innovasiya və texnologiya ilə bağlı böyük şirkətləri iştirak edir. Türkiyə son illərdə texnologiya sahəsində ən öndə gedən ölkələrdən biridir. Azərbaycanın nümayəndə heyətinin bu festivala qatılması da əbəs yerə deyil. Azərbaycanda müasir dövrün tələblərinə uyğun olaraq mərkəzlər yaradılıb. Artıq Azərbaycanda müəyyən texnoloji innovasiyalar və texnologiya ilə bağlı müasir robotlar, dronlar və bir sıra texnikalar inkişaf edir. Ona görə də Azərbaycanın nümayəndə heyətinin Türkiyədə bu cür festivalda iştirak etməsinin böyük əhəmiyyəti var”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Bilim Bakı mərkəzinin yaradılmasına dair əməkdaşlıq protokolu imzalandı: “Sözügedən mərkəz "ASAN" Xidmətin sədri Ülvi Mehdiyev ilə Türkiyə texnologiya komandası fondunun sədri Haluk Bayraktar tərəfindən imzalanıb. Burada çox mühüm məqamlar var. Həmin məqamlardan biri də odur ki, həmin mərkəz Azərbaycanın müasir idarəetmə üsullarından biri olan "ASAN" xidmət mərkəzinin kompleksində fəaliyyət göstərəcək. Bilim Bakı mərkəzində texnologiya, süni intellektdən istifadə olunacaq. Burada gənclərimiz fəal iştirak edəcək”.

0
686
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar