Ərdoğan Azərbaycan parlament nümayəndə heyəti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"MediaPost"un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının “Twitter” hesabında məlumat verilib.

Məlumatda bildirilib ki, Prezident Ərdoğan Azərbaycan Milli Məclisi Türkiyə-Azərbaycan Dostluq Qrupu heyəti ilə Türkiyə Böyük Millət Məclisində bir araya gəlib.

Xəbərlər departamenti

Mənbə:
0
735
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar