DİN-dən Cəlilabaddakı olaya operativ reaksiya

Cəlilabad rayon sakini Habil Ələsgərovun Daxili İşlər naziri Vilayət Eyvazova müraciəti nəzarətə götürülüb.

Habil Ələsgərov REPORTYOR.info-ya müraciətində bildirmişdi ki, Cəlilabad təhsil şöbəsinin müdiri Qərənfil Əhmədova və onun həyat yoldaşı tərəfindən ölümlə hədələnir. Vətəndaş saytımız vasitəsilə Prezident İlham Əliyevdən və Daxili İşlər naziri Vilayət Eyvazovdan baş verənləri nəzarətə götürməyi və Qərənfil Əhmədova ilə həyat yoldaşının qanunsuz əməllərinə hüquqi qiymət verilməsinin təmin olunmasını xahiş etmişdi

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov və müavini Elşad Hacıyev dərhal məsələyə reaksiya verib. Onların səyi nəticəsində baş vermiş hadisənin araşdılımasına başlanılıb. Habil Ələsgərov və atası Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilib. Onlar əməliyyat işləri üzrə rəis müavini Rövşən Quliyevin qəbulunda olub. Rəis müavininin göstərişi ilə onun məktəblinin valideyn nəzarətində izahatı alınıb. Bundan başqa, məktəblinin təhlükəsizliyinin təmin olunması istiqamətində müəyyən addımlar atılıb

REPORTYOR.info olaraq baş vermiş bütün qanunazidd hadisələr kimi, bu olaya da dərhal reaksiya verildiyi üçün Daxili İşlər naziri cənab Vilayət Eyvazova təşəkkür edirik. İnanırıq ki, məsələ ədalətli həllini tapacaq..

Analoq.az

Mənbə:
0
1139
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar