Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində minlərlə insan həyatını itirib.
Zəlzələ qurbanlarının sayı isə artmaqda davam edir. Bu dəhşətli hadisə Azərbaycandakı yaşayış binalarının zəlzələyə davamlılığı məsələsini gündəmə gətirib.
“Binaların seysmik vəziyyəti ilə bağlı layihələr hazırlanarkən ilk növbədə, həmin tikilinin zəlzələyə davamlılığı, binanın möhkəmliyi nəzərə alınır. Layihədə binanın inşasında hansı tikinti materiallarından istifadə olunduğu göstərilir. Azərbaycanda tikinti qanunvericiliyində belə bir tələb var ki, Bakı şəhərində yeni tikilən binalar 9 bala davamlı olmalıdır. İndi tikilən binaların hamısı 9 bala hesablanıb. Hazırda inşaat sahəsində dəmir-beton konstruksiya öz yerini metal konstruksiyaya verib. Belə ki, metal konstruksiya çox dayanıqlı, möhkəm və elastik olduğu üçün müasir memarlıqda daha çox tətbiq olunur. Məhz bu səbəbdən Bakının özündə çoxmərtəbəli binalar 8-9 bal gücündə zəlzələyə davamlıdır. Çoxmərtəbəli yaşayış binası tikərkən onun zəlzələyə davamlılığını sənədlərdə göstərir və aidiyyatı dövlət qurumları bunu təsdiqləyirlər. Fövqəladə Hallar Nazirliyi və onun ayrı-ayrı strukturları binanın davamlılığını yoxlayır və tikintiyə icazə verir. Qeyd edim ki, son illərdə tikintilərin müvafiq normalara əməl olunmaqla aparılmasına nəzarət gücləndirilib. Həm nəzarət gücləndirilib, həm də təsadüfi şirkətlər bazardan çıxıb deyə tikintilər keyfiyyətlə həyata keçirilir. Yeni tikilən binalarda çox cüzi texniki problemlər ola bilər ki, bu problemlər də seysmik davamlılığa hər hansı təhlükə yaratmır”.
“Binalar bir-birinə, eləcə də nəqliyyat və digər infrastruktur obyektlərinə həddən artıq yaxındır. Binaların həyətyanı sahələri, əsas yola çıxışı olmalıdır. Yəni, binalar bir-birinə yaxın tikilərkən bütün bu hallar nəzərə alınmalıdır. 2006-cı ildən Bakı şəhərində şəhərsalma qaydaları kobud şəkildə pozulur. Bu, özünü həm binalar arasında olan məsafənin pozulması, həm yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə uyğunsuz şəkildə tikilməsi, həm yol infrastrukturunda göstərir. Əslində qaydalara görə, binalar arasında məsafə gözlənilməlidir ki, fövqəladə hadisə zamanı digər binalar zədə görməsin. Bəzən görürsünüz ki, 16 mərtəbəli binanı 5-9 mərtəbəli binanın həyətində tikirlər”.
“Təsəvvür edin ki, fövqəladə vəziyyətdə o binalardan 1-2-si uçur və bu, digər binalara da potensial təhlükə yaradır".
“Bu binaların istismar müddəti artıq çoxdan bitib. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti son illər şəhərdə xüsusiləyol kənarlarında yerləşən binalarda bərkitmə işləri aparır. Ancaq nəzərə almaq lazımdır ki, binanın dayanıqlığı sadəcə, onun kənarının bərkidilməsi ilə təmin olunmur, həm də binanın özülü tikinti-təhlükəsizlik standartlarına cavab verməli, dayanıqlı olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin apardığı iş sadəcə, kosmetik xarakter daşıyır. “Xruşşovka”, “Stalinka”, “İtalyan” adlandırılan binalar və bunlardan əvvəl tikilmiş bir çox layihələr bu gün artıq texniki baxımdan istismar müddətini başa vurub. Azərbaycanda hər hansı fövqəladə hadisə, yüksək ballı zəlzələ baş versə, həmin binalar üçün çox böyük təhlükə yarana bilər”.
“Bu tikililərin yeni binalarla əvəzlənməsi şəhərsalma, paytaxtın nəqliyyat infrastrukturunun bərpası, həm də sakinlərin daha yaxşı mənzillərdə yaşaması baxımından önəmlidir. “Xruşşovka” layihəli çoxmənzilli binaların tikintisi əsasən, ötən əsrin 60-cı illərində həyata keçirilib. Bu binalarda daha çox beton faner konstruksiyalardan istifadə olunub. Burada istismar dövrü çox əhəmiyyətli məsələdir. Bəziləri düşünür ki, bu binalar 15-20 il üçün nəzərdə tutulub. Lakin bu da səhv yanaşmadır. Heç bir çoxmənzilli bina belə qısa müddət üçün nəzərdə tutula bilməzdi. Amma həmin binaların da yaşı artıq 50-ni ötüb və o tikililərin bəzilərində möhkəmlətmə, bərkitmə işləri aparılmasına baxmayaraq, onlar həm istismar dövrünü başa vurub, həm də mövcud beynəlxalq standartları nəzərə alsaq, yaşayış minimumu tələblərinə cavab vermir. Bakıda “Xruşşovka" layihəli binalardan daha köhnə binalar var. Bunlara fransız və Minsk layihəli tikililəri misal çəkə bilərik. Hazırda bazarda müəyyən qədər normal qəbul olunan və alqı-satqıya cəlb olunan “Stalin layihəli” tikililərin də adını çəkmək olar. Beton konstruksiya ilə inşa olunmuş bir bina artıq 50 illik tarixi əhatə edirsə, onun istismar müddəti başa çatmış və ya başa çatmaqda olan kimi qəbul oluna bilər. Burada həmin tikililərin yaşayış minimumu tələblərinə cavab verməməsi də aktualdır. Bu baxımdan hesab edirəm ki, fransız, Minsk və ”Xruşşov layihəli" tikililərin yeni və müasir standartlara cavab verən binalarla əvəz olunmasına ehtiyac var”.
“Biri var 10-15 saniyə ərzində silkələnmə olur, bu zamanı zəlzələnin gücü yüksək də olsa, dağıntı az olur. Bir də var, zəlzələnin nüddəti uzun çəkir, bu zaman binaların zəlzələyə davamlılıq məsələsi arxa plana keçir”.
“Bakıda elə binalar var ki, bir qanadı 8 bal, digər qanadı 9 baldır. Ona görə də binanı tikərkən bu məsələyə diqqət yetirmək vacibdir. Seysmik təhlükənin qiymətləndirilməsində geoloji-tektonik amillərlə yanaşı, sahələrdəki mühəndis-geoloji, hidrogeoloji və yerli qruntları səciyyələndirən bir sıra parametrlər mühüm əhəmiyyət kəsb edir. Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək düzgün deyil. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir. 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə, 40 faiz əlavə vəsait qoyulmalıdır. Xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır. Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gəlir. Binaların inşa olunduğu ərazilər geoloji quruluşa görə fərqlidir. Ona görə də tədqiqat aparılmalıdır. Bunun üçün MTK-lar bizə göydələn inşa etməzdən əvvəl müraciət etməldirlər. Bu müraciət əsasında tədqiqat aparılmalıdır”.
"Azərbaycanda 1960-cı ilə qədər seysmik normalar olmayıb. Ancaq 1961-ci ildən başlayaraq binalar 7-9 ballıq zəlzələyə hesablanıb. Artıq bu gün 8 və 9 ballıq zəlzələni nəzərə alaraq tikintilər aparılır. Hətta dinamik üsullarla da binaların təhlükəsizliyi yoxlamadan keçirilir. Binanın ətrafında 1-2 ballıq zəlzələ edərək, binanın neçə bala tab gətirə biləcəyi yoxlanılır”.
Şərhlər
Seçilmiş Zəngimcell
Ümummilli Lider Heydər Əliyev - Azərbaycan bayrağı haqqında
8013
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Azadə Əlişova da sevilən, seçilən həkimlərimizdəndir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.
Əlişova Azadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin Yeni Doğulmuşların İntensiv Terapiya bölməsinin həkim-neonotoloqudur. Həkim 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Mingəçevir ŞMX-da internatura keçib.
O, 2000-ci ildə Mingəçevir Şəhər “Ana və Uşaq” MSM-nın Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2003-2017-ci illərdə Mingəçevir ŞMX-nın Doğum evində həkim-neonotoloq işləyib. 2017-ci ildən Mingəçevir ŞMX-nın Doğum şöbəsinin Yeni Doğulmuşların İntensiv Terapiya bölməsində həkim-neonotoloq vəzifəsində çalışır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə fəaliyyət göstərən QHT-lərə tövsiyələr verib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin bəzi məruzəçiləri tərəfindən ölkəmizə qarşı həqiqətəuyğun olmayan iddialar (erməni hərbçilərə işgəncələrin verilməsi və s) səsləndirilirdi: “Ancaq həmin xüsusi məruzəçilərin Azərbaycanla heç bir qərəzi yoxdur. Onların iddialarının əsas səbəbi erməni QHT-lərinin, ictimai fəallarının bu və ya digər məsələlərlə bağlı həmin şəxslərə müraciətləridir. Bizim də vətəndaş cəmiyyətimiz bütün məsələlərlə bağlı haqlılığımızı sübut etmək üçün əməli fəaliyyətə keçməlidir. BMT-nin qurumları, məruzəçiləri ilə daimi təmas saxlamaq lazımdır. Bu, bir istiqamətdir”.
İdarə rəisi vurğulayıb ki, QHT-lər beynəlxalq siyasətdə xüsusi rol oynayırlar:
“Qərb ölkələrində, beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyətinin sözü də xüsusi rol oynayır. Ona görə də hesab edirəm ki, müxtəlif sahələr üzrə də ixtisaslaşma çox vacibdir”.
İmtahan əsnasında abituriyentlərin qarşılaşdığı ən böyük problem vaxtın düzgün idarə olunma məsələsidir. Bəziləri sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər.
AzEdu.az abituriyentlərə imtahan əsnasında vaxtın idarə edilməsi ilə bağlı vacib tövsiyələri təqdim edir:
İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.
Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşovada abituriyentlərin imtahanda vaxtın idarə edilməsi baxımından yol verdikləri əsas səhvləri göstərərək, lazımı addımların atılması üçün öz tövsiyələrini verib:
“İmtahan vaxtının planlaşdırılmasında tez-tez buraxılan səhvlərdən biri də bütün fənlərə bərabər vaxt ayrılmasıdır. Məsələn, tutaq ki, abituriyent üç saat ərzində üç fəndən imtahan verməlidir və imtahan vaxtını planlaşdıran zaman hər fənnə 1 saat ayırır, lakin belə bir vəziyyətdə, çox güman ki, istənilən nəticəni əldə edə bilməyəcək, çünki nə kodlaşdırmanı, nə də bir fənnin öhdəsindən digərinə nisbətən daha tez gələcəyini nəzərə almayıb. Deyilənləri ümumilləşdirdikdə, növbəti tövsiyələri verə bilərik:
Testləri işləyən zaman vaxta nəzarət etmək:
Sınaq imtahanlarında iştirak zamanı hər bir fənn üçün vaxtı planlaşdırmaq:
İmtahanlara mexaniki qol saatı götürmək:
Ən yaxşı bildiyiniz fəndən başlamaq:
İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur. Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.
Özünüzlə imtahana bir mexaniki saat aparın.
Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır. İmtahanın bitməsinə nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.
Kahramanmaraşda bir ailənin üzvləri 72 saat sonra dağıntılar altından sağ çıxarıldılar – FOTO/VİDEO
Kahramanmaraşın Elbistan rayonunda dağıntılar altında qalan 3 nəfərlik ailə xilas edilib.
Axtarış-xilasetmə qrupları 72 sonra 3 nəfəri 4 mərtəbəli binanın birinci mərtəbəsindən dağıntılar altından çıxarıblar.
8 saatlıq çalışmalar nəticəsində 50 yaşı İbrahim Ali, 22 yaşlı Ahmet Ali və 15 yaşlı Muhammet Alini xilas ediliblər.
Mənbə: Habertürk