Dəmiryolçu Cavid  29 insanı intihardan xilas etdiyinə görə Londonda mükafat aldı…-VİDEO

Qərbi London qatar stansiyasında çalışan bir müsəlman dəmiryol işçisi 29 nəfəri intihardan xilas etdiyinə görə “Samaritans Lifesaver Award” mükafatını qazanıb. Bu mükafat insanları xilas edən şəxslərə verilir.
 
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, Şərqi London sakini olan 30 yaşlı Rizvan Cavid metronun “Yelizaveta xətti”ndə (Elizabeth Line) “İlinq Brodvey” (Ealing Broadway)  stansiyasında işləyir.
Rizvana görə bu mükafatı almaq həyatında "heyrətamiz" bir hadisə olub. 
 
“Bu, yalnız mənim deyil, bütün komandamızın zəhmətinin bir rəmzidir. Bu, mənə daha çox şeyə nail ola biləcəyimi xatırladır. Səyahət davam edir”-deyir Rizvan Cavid.
 
2015-ci ildə Cavid dəmiryol əməkdaşlarına dəmir yolunda intihar riski olanlara kömək etmək bacarıqlarını öyrədən təlim kursunu tamamlayıb.
 
"Bu təlimi karyeramın əvvəlində keçmək zəif insanları necə müəyyənləşdirməyim və onlara necə kömək etməyim üçün mənə inam və anlayış verdi"- deyir müsəlman dəmiryolçu.

 

Sultan Laçın
 
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar