“Bu ölkədə səni heç nədən qovurlar” - Kumanın bəhanəsi

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya çempionatının 6-cı turunda “Kadis”lə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Kuman qarşılaşmanın hakimlərindən narazılıq edib:

“İkinci hissədə rəqib yorulmuşdu, fiziki cəhətdən çatdıra bilmirdi. Amma Frenkin meydandan qovulması planlarımızı pozdu.

Bu ölkədə səni heç nədən qovurlar. Hər kəs gördü ki, meydanda ikinci top vardı, amma təkcə hakim görmədi”.

Oyunun sonuna yaxın meydanda iki top olduğunu görən Serxio Buskets onlardan birini kənara vurdu.

Hakim isə ona sarı vərəqə göstərdi. Buna görə də Kuman hakimlə mübahisə etdi və qırmızı vərəqə aldı.

Qarşılaşmanın 65-cidəqiqəsində isə hakim “Barselona”nın futbolçusu Frenk de Yonqu meydandan qovmuşdu.

Mənbə:
0
53
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar