Braziliya Kubokunun qalibi müəyyənləşib

“Palmeyras” klubu Braziliya Kubokunun qalibi olub.

Qazet.az-ın məlumatına görə, San-Paulu təmsilçisi “Qremio”nu ikinci final matçında məğlubiyyətə uğradıb – 2:0.

İlk oyunda da “yaşıl-ağlar” 1:0 hesablı qələbə qazandıqları üçün iki oyunun yekununda titula sahib olublar.

Qeyd edək ki, bu, “Palmeyras” üçün dördüncü Braziliya Kuboku olub. Bunadək klub 1998, 2012 və 2015-ci illərdə belə nailiyyət əldə edib.

Mənbə:
0
1037
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar