Bir xalq öz dilini 200 ildə necə itirə bilər?! - İrland təcrübəsi

Biz Azərbaycan dilini necə qorumalıyıq?!

Son vaxtlar gündəmdə olan azərbaycan dilinin rus dili tərəfindən gündəlik həyatda və təhsildə sıxışdırılması ilə bağlı siyasi analitik Turab Rzayev öz sosial şəbəkə hesabından maraqlı paylaşım edib. Azerforum.com o yazını təqdim edir:

Aşağıdakı xəritələr son 200 il ərzində İrlandiyalıların ana dilini itirərək ingilis dilində danışığa keçməsini əks etdirir. Yaşıl rəng irland dilində danışanları göstərir.

Hazırda ölkə əhalisinin 30% yaxını müəyyən qədər İrland dilində bilir. Ancaq əhalinin cəmi 100 minə yaxın hissəsi (2%) gündəlik həyatında irland dilində danışır. CƏMİ 2%!

İrland dili (Gaeilge [ˈɡeːlʲɟə]) ingilis dili ilə yanaşı dövlət dilidir. İrlandiya höküməti irland dilini yenidən dirçəltmək üçün əlindən gələni edir. Məktəblərdə irland dili məcburi fənn kimi öyrədilir. İrland dilində forum ictimai yayım (telekanallar, radiolar, qəzetlər və s.) büdcə hesabına fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, indiyə qədər hər hansı əsaslı irəliləyişə nail ola bilməyiblər.

Bayaq qrupların birində bir dost yazmışdı ki, İrandakı soydaşlarımızı da təxminən belə bir faciə gözləyir. Təxminlərə görə artıq İrandakı soydaşlarımızın 5-7 milyon nəfəri öz ana dilini bilmir. Üstəlik, bir çoxları da Fars şovinist ideologiyasının qurbanı olaraq qəbul edir ki, onların əcdadları türkləşmiş farslardır.

Amma məni daha çox şimaldakı, Azərbaycan respublikasındakı vəziyyət narahat edir. Dilimizi bu sürətlə itirməyə davam etsək, yəqin ki, 50 il sonra biz də İrlandiyalıların taleyini yaşayacağıq. Həm də dilimizi İrlandlar qədər bəxtimiz gətirib, ingilis dilinə deyil, daha da ölən və əhəmiyyətini itirən rus dilinə qurban verəcəyik!

0
5089
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar