Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ dollarına tələb mayın 6-na nisbətən 20 milyon ABŞ dolları və ya 82,3 % artaraq 44,3 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Xatırladaq ki, ABŞ dollarına tələb mayın 6-da əvvəlki hərraca nisbətən 38,4 milyon ABŞ dolları və ya 61,24 % azalaraq 24,3 milyon ABŞ dolları olub.