Azərbaycanda koronavirusa görə kəndə giriş-çıxış bağlanıb? - RƏSMİ

Sosial şəbəkələrdə Göyçayın Qaraməryəm kəndində koronavirus pandemiyasına görə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

İddia edilib ki, rayonunun Qaraməryəm kəndində əhalinin 70 faizində koronavirusa yoluxma faktı aşkarlanıb və nəticədə polis qəsəbəyə giriş-çıxışı bağlayıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Göyçay rayonunun Qaraməryəm kəndinin nəzarətə götürülməsi, giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç bir polis postu quraşdırılmayıb. Yayılan məlumatlar yanlışdır”.

Anons.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, rayonun Qaraməryəm kəndində bir ailə koronavirusa yoluxub və həmin ailə üzvlərindən bir nəfər vəfat edib. Qohumların dəfn mərasimində iştirak etməməsi üçün həmin əraziyə nəzarət olunur.

Mənbə:
0
421
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar