AYIB DEYİLMİ, MÖHSÜN NAĞISOYLU?!

İdris Abbasov: "AMEA-nın Nəsimi adna Dilçilik Institutunun saytı (dilcilik.az) yalan, mübaliğə və dezinformasiya yaymaqla məşğuldur. Məqsəd əllərində olan vəzifə səlahiyyətlərindən və inzibatçılıqdan istifadə edib elmin başına daş salmış akademik şəbəkənin mövqelərini möhkəmləndirmək və öz iradələrini dövlətə diktə etməkdir. Son dərəcə məkrli zərbə endirmək yolunu tutmuş şəbəkə dövlətin qanunlarına meydan oxumaqda israrlıdır. Başlıca silah isə guya elmi nailiyyət ab-havası yaradıb idarəçilik şüuruna keyləşdirici təsir göstərmək və qanuni imperativləri ram etməkdir. Bunun üçün qocaman, yazıq, işləməkdən qaralıb dərisi qırış-qırış olmuş əzabkeş akademik obrazı yaratmaqdan da vaz keçmirlər. Guya plagiat əsərlərin stimulvericiləri, dilçiliyin üzqarası olan "İzahlı dilçilik terminləri lüğəti"nin baş redaktorları, onu nəşr etdirənlər, saxta məmulatı dövlətə və xalqa "şedevr" kimi sırıyan Möhsün Nağısoylu və İsa Həbibbəyli deyillərmiş! Elə bil ki, ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon manatın taleyini söndürən (açıb-bükməyən), institutdakı qanunsuzluqları ört-basdır edən, son 5 ildə dövlətdən yüz minlərlə qrant alıb xurd-xəşil edən Möhsün Nağısoylu və ona havadarlıq edən akademik və alimlər deyillərmiş!

Yaxşı, özünüzün 75 yaşınıza fantastik film çəkdirib reklam etdirməyinizi başa düşdük, bəs dünyasını dəyişmiş mərhum akademik Tofiq Hacıyevin əməyini mənimsəməniz nə deməkdir, Möhsün Nağısoylu?

Həmin bu 75 illiyini təntənə, təhrif, tənfir və mübaliğeyi-təbliğ ilə qeyd etdirən Möhsün Nağısoylu 72 yaşlı İsa Həbibbəyli və başqaları ilə rəhmətlik Musa Adilovun, Zenfira Verdiyevanın və digərlərinin əməyini oğurlayaraq öz adlarına çıxıb, dövlət vəsaiti hesabına çap etdirib, gurultulu təqdimatlar keçirib sonra rüsvay olmadılarmı? Amma çifayda?! Görünür, adətkar olublar.
Azərbaycanda cəzanın nəbzini tutan bu "elm fədailəri" yalanın şeypurunu İsrafilin suruna çevirdilər. Üfürdükcə üfürdülər, bəsirətləri bağlayıb qulaqları kar etdilər. Sayt vasitəsilə hücumun zəruriliyini taktiki və strateji baxımdan dəyərləndirən bu zatlar mübarizə üzulunu bir az da cilaladılar...
Ey .ələ keçirdikləri maddiyyatdan doymayıb əqli mülkiyyət talançılığına keçənlər! Bir sürü yalan reklam etdiniz, bəzəkli-düzəkli kitab cildləri nümayiş etdirdiniz, özünüz bilərsiniz. Yubileyində Möhsün Nağısoylunun tərifini göyün yeddinci qatına qaldırdınız, müqayisədə Azərbaycan elminə heç bir faydası olmayan əsərlərini dövlət vəsaiti hesabına çap etdirdiniz, dinən olmadı, çünki akademik şəbəkənin əmrinə müntəzir bir şəxsdən akademik obrazı yaratmaq sərf edirdi. Sözüm yox! Heç bir aktuallığı olmayan bəzəkli kağız topalarını fundamental əsər kimi qələmə verib Möhsün Nağısoylunu böyük alim kimi göstərməyə cəhd etdiniz. Buna da sözüm yox, çünki bilən bilir nə var, nə yox!
Bəs haqq dünyasında olan akademik Tofiq Hacıyevin əməyini öz adınıza çıxmağa vicdanınız necə yol verdi, Möhsün Nağısoylu?! Adamın əti ürpəşir, sizinki heç ürpəşmir? Ayıbdır e, vallah! Özü də mübarək hesab etdiyiniz ad günündə! Təkzib verin, lütfən! Belə təhriflərlə ad gününü mübarək etmək olmaz! Ən azından, Allaha xoş getməz!

2015-ci ildə mərhum akdemik Tofiq Hacıyevin rəhbərliyi altında hazırlanıb nəşr olunan "Naxçıvan dialektoloji atlası" Möhsün Nağısoylunun adına həkk edilir (elm tv, dilcilik.az/04.09.2021). Bu dərəcədə özgənin intellektual əməyini mənimsəyib öz adına çıxmaq olarmı?!
Mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi altında 4 dildə tərtib olunmuş və 30 may 2015-ci ildə 500 ədəd tirajla çap edilmiş 308 səhifəlik "Naxçıvan dialektoloji atlası" çap olunanda Möhsün Nağısoylunun Dilçilik İnstitutunda izi-tozu da yox idi. Nooldu? Vəzifə və akademik şəbəkənin dəstəyi başqasının əməyini rahatca mənimsəməyə imkan verir? Sizin əvəzinizdən mən xəcalət çəkirəm! Çox ayıb olsun!
PS. Akademik Tofiq Hacıyevin 1 ilə gördüyü işi və dilçilikdə atdığı təməlləri, təəssüf ki, Möhsün müəllim, siz 5 ildə edə bilmədiniz. Sizdən fərqli olaraq, Tofiq müəllim nə qrant yedi, nə plagiatlığı stimullaşdırlb dövlətdən pul qopardı, nə də onun-bunun əsərini öz adına çıxıb baş girələdi."

Mənbə:
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar