Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: Apple buna qarşıdır


    Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazlarının vahid standartı üzrə qanun layihəsini təklif edəcək. Bu qanun layihəsi Apple şirkətinin biznesinə təsir göstərə bilər. Belə ki, Apple ənənəvi olaraq öz rəqiblərinin məhsullarını dəstəkləməyən şarj girişindən istifadə edir. Avropa Birliyinin rəhbərləri və qanunvericiləri artıq 10 ildən çoxdur ki, mobil cihazlar üçün nəzərdə tutulmuş şarj cihazlarında vahid standartdan istifadə ideyasını qəbul etdirməyə çalışırlar.

    Bir çoxlarının fikirlərinə əsasən bu həm ətraf mühit üçün müsbət rol oynayacaq, həm də adi istifadəçilər üçün rahat olacaq. Bundan əlavə olaraq Avropa komissiyası israr edir ki, şarj cihazları smartfonlardan ayrıca satılmalıdırlar. Apple şirkəti isə özünün Lightning naqili ilə bu qanun layihəsinə qarşı çıxır. Qeyd etmək lazımdır ki, Lightning naqili yalnız Apple məhsullarını dəstəkləyir.


    Digər şirkətlərin cihazlarında bu naqildən istifadə etmək mümkün deyil. Apple şirkətinin fikrincə mobil cihazlar üçün olan şarj cihazlarındakı vahid standart innovasiyaların reallaşdırılmasını ləngidə, daha çox elektron tullantılar yarada və hətta istehlakçıları qıcıqlandıra bilər. Digər şirkətlər adətən USB naqildən istifadə edirlər. Müasir elektron cihazlarda isə simmetrik USB Type-C girişindən və onun üçün nəzərdə tutulmuş naqillərdən istifadə olunur.

Mənbə:
0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar