Rusiyada daha 794 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 19 594 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 7 214 520 nəfərə çatıb.

Son sutka ərzində 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 195 835 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

Mənbə:
0
549
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar