İranda neft-kimya zavodunun baş direktoruna sui-qəsd edilib

İranda neft-kimya zavodunun baş direktoruna sui-qəsd edilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, Əhvaz şəhərində “Marun” neft-kimya zavodunun baş direktoru Məcid Məhəmmədi naməlum silahlı şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb.

M. Məhəmmədi xəstəxanaya yerləşdirilib, onun səhhəti qənaətbəxşdir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Mənbə:
0
16
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar