Filippində qasırğa qurbanlarının sayı 19 nəfərə çatıb

Filippinin Luson adasının şimalında tüğyan edən “Maring” (“Kompasu”) qasırğası qurbanlarının sayı 19 nəfərə çatıb, 13 nəfər itkin düşmüş hesab olunur.

APA xəbər verir ki, bu barədə “CNN Philippines” rəsmi dairələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Fəlakət Risklərinin Azaldılması və İdarə edilməsi üzrə Dövlət Şurası digər 11 nəfərin ölməsi, 3 nəfərin xəsarət alması və 1 nəfərin itkin düşməsinə dair xəbəri də araşdırır.

Bundan əvvəl verilmiş məlumata görə, Benqet əyalətində yağışlar səbəbindən torpaq sürüşmələri baş verib, geniş ərazilər daşqınlardan ziyan görüb. Hazırda tayfun Filippin ərazisini tərk edib, lakin sinoptiklər yağışların davam edəcəyi təhlükəsi barədə xəbərdarlıq ediblər. Bölgədə 10 mindən çox insan təxliyə olunub.

Mənbə:
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar