Avropada qazın qiyməti 840 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 840 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 15 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 68,995 avro təşkil edib (bir kubmetr üçün təqribən 842,5 dollar).

Xatırladaq ki, 14 sentyabr Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.

Mənbə:
0
1824
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar