Akademik Musiqili Teatrın quruluşçubaletmeysteri İnklüziv Teatrdakı işindən danışdı

Akademik Musiqili Teatrda YUNESKO tərəfindəntəsdiq olunan "İnklüziv Teatr" layihəsində baletmeyster kimi çalışan Əməkdar artist, MusiqiliTeatrın quruluşçu baletmeysteri Emin Əliyev bura cəlbolunan gənclərlə işindən söhbət açdı:

“Olduqca maraqlı və istedadlı gənclərdir. Eşitməsələr də, danışa bilməsələr də biz bir-birimiziçox gözəl başa düşürük. Onlarla işləməkdən hədsizzövq alıram. İstər mən, istərsə də quruluşçu rejissor, Xalq artistimiz Pərviz Məmmədrzayev bu gənclərə o qədər ümid bəsləyirik ki... Biz məşqlərimizi təbii ki, pandemiya qaydalarına uyğun və tələb olunan digərgigiyenik qaydalara ciddi əməl etməklə qururuq. İnanın ki, bu uşaqların hər biri sanki öz yoldaşlarınınüstündə nəzarətçidilər, qaydaların pozulmaması üçün sanki hər kəs məsuliyyət daşıyır, hər kəs o birinənəzarət edir. Özlərində də sənətə o qədər böyük sevgivar ki! Məşq saatları bitəndə belə, Pərviz müəllimdəndə, məndən də xahiş edirlər ki, məşqi bir az da davametdirək. Biz əminik ki, hazırlanan bu tamaşa sadəcə birlayihə formatında başa çatıb unudulmayacaq. Bizim buistedadlı, özləri danışmasalar da ürəkləri ilə hamıyaonları əhatə edən gözəllikləri çatdırmaq istəyən, özlərieşitməsələr də, qəlblərinin səsi ilə gözəlliklərəqovuşmaq üçün əllərindən gələni edən inklüziv teatrstudiyasının bu üzvləri ilə layihə bitəndən sonra dadavamlı və uğurlu işlər görəcəyik".

Yeri gəlmişkən qeyd edək ki, E. Əliyev BakiXoreoqrafiya məktəbini 2000-ci ildə bitirib. Dahasonra Bakı Musiqi Akademiyasında baletmeysterixtisasına yiyələnib.

2008-ci ildə Əməkdar artist fəxri adına layiq görulən baletmeyster uzun illər Xalq artisti, görkəmli balet ustası Afaq xanım Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb, bu kollektivlə birlikdə dünyanın saysız ölkələrində milli rəqslərimizi ləyaqətlə təbliğ edib.

Artıq bir neçə ildir ki, Akademik Musiqili Teatrda əvvəlcə rəqqas, daha sonra isə baletmeyster kimi fəaliyyət göstərən Emin Əliyev rəqslə təqdim edilən “Nəsimi", “Qalib əsgər", Sarı gəlin" kimi maraqlı layihələrin yaradıcısıdır.

İnanırıq ki, rejissor Samir Qulamovla “Leyli və Məcnun” balet - tamaşası, Xalq artisti, rejissor Firudin Məhərrəmovla birlikdə "İstintaq" tarixi əsəri üzərində çalışan peşəkar baletmeysteri hələ bundan sonra daha böyük uğurlar gözləyir.

Şahnaz Salehqızı

Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar