“Aİ-92” markalı benzinlə bağlı pis xəbər

“Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin qalxmasının digər qiymətlərə təsiri demək olar ki, “yox” səviyyəsində olacaq. Çünki bu benzindən yalnız ən bahalı, mühərrikləri çox həssas olan xarici markalı avtobomillər istifadə edir. Həmin avtomobillər də yük daşımır".

 Bunu iqtisadçı, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, taksi xidməti göstrən avtomobillər də “Aİ-95” və “Aİ-98” markalı benzindən istifadə etmirlər:

"Bu avtomobillər adətən, “Aİ-92” benzinindən və dizel yanacaqdan istifadə etdikləri üçün “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətinin qalxması taksilərin qiyməti bahalaşdırmasına səbəb ola bilməz".

İqtisadçı bakupost.az-a açıqlamasında qeyd edib ki, benzinin bahalaşması digər məhsulların qiymətlərinin yüksəlməsinə birbaşa təsiri olmasa da, adətən, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymət artımından sonra “Aİ-92” markalı benzinin qiymətinin yüksəlməsi məsələsi gündəmə gəlir:

“Çünki bunlar eyni növ məhsuldurlar. Dünya bazarındakı dəyişikliklər də Azərbaycan bazarına təsirsiz ötüşmür. Əgər “Aİ-92” markalı benzinin qiyməti yüksələrsə, bizim mal idxal etdiyimiz ölkələrdə yanacağın qiyməti artarsa, onda həmin qiymətlərin digər qiymətlərə təsirindən danışa bilərik”. 

0
5834
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar