Ağır cəza aldı – 9 il əvvəl yazdığı “tvit”lərə görə

İngiltərə Futbol Assosiasiyası “Piterboro Yunayted” klubunun hücumçusu Conson Klark-Harrisi cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, futbolçu 4 oyun diskvalifikasiya olunub və 6200 avro cərimələnib.

O, 9 il əvvəl yazdığı “tvit”lərə görə bu cəzaya məruz qalıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, futbolçunun 2012 və 2013-cü illərdə yazdığı “tvit”lərdən bəzisi homofobiya və təhqir xarakterlidir. Bəziləri isə nüfuzu alçaltmaq məqsədi daşıyıb.

27 yaşlı hücumçu cari mövsümdə Çempionşipdə 8 oyunda meydana çıxıb və 2 qol vurub.

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar