ABŞ Navalnı məsələsinə görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edib

ABŞ hökuməti Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinə görə yüksək vəzifəli rusiyalı şəxslərə qarşı sanksiya tətbiq edib.

Qazet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

ABŞ rəsmiləri Navalnının ölümcül zəhərlənməsinin arxasında Rusiya hökumətinin dayandığını və bu barədə tədqiqatın yekunlaşdığını bildirib.

Sanksiyalar 7 yüksək vəzifəli şəxsi və 14 kimyəvi və bioloji istehsal sahəsi ilə məşğul olan şirkəti hədəf alıb. Tədbir çərçivəsində adıçəkilən şəxs və şirkətlərin ABŞ-dakı mal varlıqları müsadirə olunub.

Hədəf alınan şəxslər arasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov da var.

Xatırladaq ki, Aleksey Navalnı və qardaşı Oleq Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar 2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə “İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də “Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət etməkdə ittiham edilir.

Mənbə:
0
1202
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar