ABŞ müdafiə naziri türkiyəli həmkarı ilə telefon danışığında əməkdaşlığı müzakirə etdi

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığında NATO-nun qarşıdakı sammitini və ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib.

Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin müdafiə nazirlərinin danışıqlarının yekunlarına dair yazılı bəyənatında deyilir.

“Onlar ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə ediblər”, - deyə mətbuat katibi qeyd edib. “Nazir (Lloyd Ostin) ABŞ və Türkiyə arasında müdafiə sahəsində uzunmüddətli münasibətləri vurğulayıb və iyunun 14-də Brüsseldə NATO-nun sammitində nazirlə [Hulusi Akar] görüşməyi səbirsizliklə gözlədiyini bildirib”, - deyə Kirbi bildirib.

Qeyd edək ki, NATO sammiti iyunun 14-də Brüsseldə keçiriləcək. Sammit pandemiya səbəbindən bir günə qədər azaldılıb, cəmi 2,5 saat davam edəcək bir plenar sessiya planlaşdırılıb.

0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar