ABŞ İran hökumətinin üç üzvünə qarşı sanksiyaları ləğv edib

ABŞ daha əvvəl üç İran hökuməti rəsmisinə və Vaşinqtonun qənaətinə görə, İranın neft ticarətində iştirak etdiyi bildirilən iki şirkətə qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Məlumata görə, Vaşinqton “İran hökumətinin üç keçmiş nümayəndəsinə və daha əvvəl İranın neft-kimya məhsullarının alınması, əldə edilməsi, satışı, nəqli və ya bazarda yerləşdirilməsi ilə məşğul olan iki şirkətə qarşı sanksiyaları ləğv edir”.

Bildirilir ki, məhdudiyyətlərin ləğvinə səbəb “sanksiya altında olan şəxslərin və təşkilatların davranışlarında və ya statuslarında dəyişikliklərin təsdiqlənməsi” olub.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu addım “davranış və ya status dəyişikliyi halında ABŞ hökumətinin sanksiyaları ləğv etmək öhdəliyini nümayiş etdirir”.

0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar