Lənkəranda polislər yaşlıları vaksinasiyaya məcbur edir? - DİN-dən AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bir sıra rayonlarda, o cümlədən Lənkəranda da polislər tərəfindən insanları məcburi şəkildə peyvənd vurmağa sövq edən xəbərlər yayılıb. İddia olunur ki, Lənkəranda polislər insanları peyvənd olunmağa məcbur edirlər. Hətta vəziyyət o həddə çatıb ki, qapı-qapı gəzən tibb işçilərinin yanında evlərə daxil olub, əsasən də yaşlı nəsili vahiməyə salırlar. İddiaya əsasən bəzi polislər peyvənd olunmaq istəməyən yaşlı nəsli “peyvənd olunmasanız, pensiyalarınız kəsiləcək” deyərək, vaksin olunmağa məcbur edirlər. Məsələ ilə bağlı 1news.az-a açıqlama verən DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev 1news.az-a açıqlamasında bildirib ki, hadisədən xəbərləri var: “Məlumatlıyıq, bu həqiqəti əks etdirmir. Polis vaksinasiya ilə bağlı prosesə heç bir halda müdaxilə etmir”.
Qeyd edək ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna görə vətəndaşların razılığı əsasında aparılmalıdır. Düzdür, Nazirlər Kabinetinin 2 iyun 2001-ci il tarixli 110 saylı qərarında isə Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı verilsə də, lakin koronavirus pandemiyası dövründə qəbul edilmiş qərarlarda məcburi peyvənd aparılması barədə heç bir qeyd və ya bənd yoxdur. Amma istənilən halda tibbi cəhətdən əks göstəriş yoxdursa, peyvənd olunmaq vacibdir. Təbii ki, özünüzün və doğmalarınızın sağlamlığı üçün.

Aytən Sakitqızı

Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar