“Gələn il xərclərimiz daha çox olacaq”- Ekspert səbəbləri AÇIQLADI

Xəbər verdiyimiz kimi dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti cüzi artıb. 1news.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,57 ABŞ dolları və ya 0,78% artaraq 73,98 dollar təşkil edib.
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft sahəsi üzrə tanınmış ekspert İlham Şaban 1news.az-açıqlamasında bildirib ki, hazırda beynəlxalq enerji agentlikləri o cümlədən investisiya banklarının, OPEC-in, Beynəlxalq enerji agentliklərinin gələn il üçün neftin qiymətləri ilə bağlı verdikləri proqnozuna əsasən brend markalı neftin orta qiyməti 65 dollardan 60-61 dollara qədər enəcək. “Təbii ki, bu iqtisadi göstəricilərdə nəzrdə tutulan artımın olmaması ilə əlaqəlidir. 2022-ci ildə də artım qeydə alınmayacaq deyə, neftin qiymətini aşağı səpkidə proqnozlaşdırırlar. Əgər ötən il neftin orta qiyməti 42 dollar idisə, cari ilin birinci yarısında bu göstərici 62.5 dollar oldu. Bu da 60 faizə yaxın artım deməkdir. Heç bir proqnoz verilməmişdi ki, belə bir artım olacaq”. Artımın baş vermə səbəbini qışın kifayət qədər soyuq, yayın isə hədsiz isti keçməsi ilə əlaqələndirən ekspert bildirib ki, enerjiyə kifayət qədər tələbat olduğundan vəziyyət bu yerə çatdı:
“ Neftin qiymətinin sentyabrın əvvəlində 74 dollar və ondan üstün olması klimatik faktorlara əsaslanır. Belə ki, ABŞ-ın neft hasil edilən əsas ştatlarında və Meksika körfəzində yaşanan qasırğanın fəsadları neft sənayesi üçün çox təsirli oldu. Amerika Enerji Administrasiyasının verdiyi xəbərə görə, 27 avqustan başlayan və 7 gün davam edən güclü qasırğa, neft hasilatının gündəlik olaraq 1.7 barel azalmasına səbəb olub. Müqayisə etdikdə avqusta OPEC cəmi 400 min barel neft hasilatını artırmaq istəyini ortaya qoydu. Amma birdən-birə baş verən bu hadisələr 4 dəfə geriləməyə səbəb oldu”. Gələn illə bağlı indidən heç bir proqnoz verə bilməyəcəyini deyən İlham Şaban, dünyaddakı iqtisadi vəziyyətlə əlaqələndirib: “İndiki halda biz heç bir proqnoz verə bilmərik. Çünki bu özünü doğrultmur. Dünyada elə bir vəziyyət yaranıb ki, sabah nə olacağı bəlli deyil. Məsələn, ötən ilin noyabrında neftin qiymətinin qaxması ilə bağlı verilən proqnozlar 57-52 dollar arasında dəyişməli idi. Amma bu özünü doğrultmadı. Ancaq bir məsələ var ki, gələn il Azərbaycanda xərclər çox olacaq. Çünki neft sənayəsində bir sıra kapitalyönlü layihələr var. Təkcə Azəri-Mərkəzi-Şərqi layihəsinin tikilib başa çatdırılması üçün daha çox vəsait xərclənməlidir. Bu isə təbii ki, bizim mənfəəti bir qədər azalda bilər. Bütün bunlar ilin yekununda bəlli olacaq ki, nə qədər xərc gedib, nə qədər mənfəət qalıb”. Qeyd edək ki, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi"nin 25-ci ildönümünə təsadüf edir.

Aytən Sakitqızı

Mənbə:
0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar