Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Amerikanın Yaxın Şərqdə yeni kombinasiyası: Birləşmiş Ştatların İranla müttəfiqlik planı Tehran üçün tələyə çevriləcək? – Təhlil

Amerikanın Yaxın Şərqdə yeni kombinasiyası:  Birləşmiş Ştatların İranla müttəfiqlik planı Tehran üçün tələyə çevriləcək? – Təhlil
yüklənir...

Kərbəlada İmam Hüseyn məscidi



Stanislav Tarasov

regnum.ru, 23.10.2017



ABŞ dövlət katibi Reks Tillerson il ərzində artıq üçüncü dəfə Səudiyyə Ərəbistanında səfərdə olub, Səudiyyə Ərəbistanı ilə İraq arasında əlaqələndirmə şurasının təsis mərasiminə qatılıb. Amerika diplomatıyası başçısının səfəri İraq baş naziri Heydər əl-Abadinin Ər-Riyadda olduğu vaxt baş tutub. Səudiyyə çap agentliyinin dərc etdiyi birgə kommunikedə deyilir: “Tərəflər ikitərəfli əlaqələrin dərinləşməsi üçün mümkün tədbirlərin hamısını görməyə cəhd edir və münasibətlərin strateji səviyyəyə yüksəlməsi məqsədilə əlaqələndirmə şurasının yaradılması haqda razılaşıb”.

Lakin Tillerson “daha dərinə və uzağa” gedib. O, Səudiyyə paytaxtında mətbuat konfransında bildirib ki, “xarici silahlı qruplaşmalar, xüsusən də İranınkı İŞİD üzərində yaxın qələbə ərəfəsində İraqı tərk etməlidir”.

Bəzi ərəb KİV-ləri bununla bağlı göstərir ki, Tillersonun bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusu elit qüvvələri və onun İran generalı Qasım Süleymaninin komandanlığındakı xarici əməliyyat qanadı “Qüds qüvvələri”inə də aiddir.

Lakin Amerika yüksəkməqamlı məmuru “Agence France-Presse”-ə müsahibədə anonimlik şərtilə durumu bu cür şərh edib: “İraq hökuməti və bizim hökumətin mövqeyi bundan ibarətdir ki, İraqda İraq dövlətinə cavabdeh olan vahid güc bölməsi olmalıdır”.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp İran üzrə növbəti bəyanatla çıxış edib. О, iddia edib ki, “Tehrana qarşı sanksiyaların gücləndirilməsində Amerikaya Avropa Birliyinin dəstəyi lazım deyil” və avropalılar bu ölkə ilə ticarət əlaqələrindən “qazanmağı davam etdirə” bilər.

Xatırladaq ki, Tramp əvvəllər deyib ki, Ağ Ev ABŞ Konqresi ilə İranla 2015-ci il iyulun 14-də bağlanmış Birgə Əhatəli Fəaliyyət Planının (BƏFP) “ciddi nöqsanları” üzərində işləməyi davam etdirəcək. O, Tehran tərəfindən nüvə sazişinə əməl edildiyi faktını Konqresə rəsmən təsdiqləməkdən imtina edib, amma bu zaman iranlıların razılaşmaları icra etdiyinin mötəbərliyini beynəlxalq səviyyədə höcətə salmağa başlamayıb. Tramp həmçinin qeyd edib ki, BƏFP-nin “yaxşılaşdırılması” üzrə Amerika səyləri iflasa uğrasa, ABŞ ondan çıxacaq.

Dərhal qeyd edək ki, Bağdad hökumətinin bir qərarı ilə İran silahlı bölmələrinin İraq komandanlığı altına keçirilməsinə texniki baxımdan nail olmaq mümkündür. Bu, bir. İkincisi, amerikalılar bu məsələni tənzimləməyi xahiş edir, amma bu cür bölmələrin İraqdan çıxarılmasını tələb etmirlər. Üçüncüsü. Vaşinqtonun İran istiqamətində Brüsseli dəstəkləməkdən imtinası yenilikdir. Bütün bunların arxasında nə durur? Amerikanın “The Washington Post” qəzetinin iddiasına əsasən, ABŞ Yaxın Şərqdə məğzi çoxsaylı, qapalı razılaşma və sazişlərin arxasında gizlənən yeni plan həyata keçirməyə başlayıb. Sıradakı yönlər gözə dəyir.

Vaşinqton İraq Kürdüstanını dəstəkləməkdən imtina edib, kürdlərin İraqda doğulan müstəqilliyi silah gücünə qorumaqda səs-küylü vədləri hələlik boş söz çıxıb. ABŞ eyni zamanda Suriyada Rakkanın götürülməsi zamanı kürd-ərəb hərbi birləşmələrinə maksimal yardım göstərib. Bununla yanaşı, “The Washington Post”-un məlumatına görə, Səudiyyə Ərəbistanının Fars körfəzi məsələləri üzrə naziri, “Tramp administrasiyasının ümid etdiyi kimi, hökuməti bundan sonra başlanacaq Suriya prosesini maliyyələşdirəcək” Tamər əl-Cəbhanın müşayiət etdiyi Amerika özəl təmsilçisi Brett Makqrek Rakka bölgəsindədir. Buna görə də amerikalıların vasitəçiliyi və əl-Abadinin iştirakı ilə Səudiyyə Ərəbistanı və İraq arasında əlaqələndirmə şurasının yaradılmasını çətin ki təsadüfi hadisə saymaq olar. Düzdür, Almaniyanın “Der Spiegel” nəşri əvvəllər iddia edib ki, İraq baş naziri “İranın güclü təsiri altındadır”, “Tehrandakı rejim isə daim Bağdadda İraq mərkəzi hökuməti nazirlər kabinetinin masası arxasında əyləşir”.

Onda əl-Abadinin hərəkətini necə izah etməli? Onun əlaqələndirmə şurasında iştirakı İranla razılaşdırılmış aksiyadırmı, yaxud bu qayda ilə müstəqil oyuna başlayıb?

Gördüyümüz kimi, İŞİD-in məğlubiyyəti və İraq Kürdüstanının müstəqillik referendumundan sonra İraqda siyasi landşaft dərhal bir neçə səviyyədə dəyişməyə başlayıb. Birinci səviyyə Kərkük Ərbilin nəzarətindən çıxandan sonra Tehranın mövqeyinin güclənməsiylə bağlıdır. Bu, İran şiə könüllülərinin fəal iştirakıyla həyata keçirilib. “Der Spiegel”in qeyd etdiyi kimi, İran bu qayda ilə İraqda “Livan modeli”ni sınaqdan çıxardır. Məlum olduğu kimi, Livanda “Hizbullah” şiə milisi özünü ciddi hərbi-siyasi qüvvə kimi göstərir. Buna bənzər nəsə Suriyada baş verə bilər, halbuki bu, İraqda artıq baş tutmuş faktdır. İndi hərbi ekspertlər güman edirlər ki, iranlılar Suriya və İraq sərhədi arasında İŞİD-in sipərini ləğv etsələr, öz qüvvələrini sürətlə cəmləşdirmək və Yaxın Şərqin başqa bölgələrinə də atmaq imkanı əldə edəcəklər.

İkinci səviyyənin məğzi bundan ibarətdir ki, İranın şiə ərəblər vasitəsilə İraqda və qismən Suriyada dövlətin siyasi, hərbi və iqtisadi strukturlarına sızmaq imkanı var.

Əsas şiə mərkəzinin İrandan bölgənin başqa ölkəsinə – İraqa keçməyini nəzərdə tutan üçüncü səviyyə də var. Bu ölkə hökumət başçısı əl-Malikinin dönəmində artıq özünü şiələrin mövqeyinin müdafiəçisi kimi göstərib. Xüsusən də əsas müqəddəs şiə ocaqları Kərbəla və Nəcəf İraq torpağında yerləşir. Bundan savayı, Livan “Hizbullah”ının lideri Həsən Nəsrullah bildirib ki, İraqdakı şiə məqbərələrinin hərəkat üçün o qədər böyük önəmi var ki, “onların müdafiəsi üçün Suriyadakından beş dəfə çox qurban verməyə hazırdır”.

İraqı “Dava” şiə çoxluğu idarə edir. Onun daxilində Tehranı deyil, Vaşinqtonu ən yaxın müttəfiqlərdən biri sayanlar var. Dövlət Departamenti və Pentaqona yaxın Amerika ekspertləri bununla bağlı bölgədə Türkiyə nümunəsi üzrə “İran kartı”nı oynamağı təklif edirlər: Tehranın imperiya iddialarını qızışdırmaq və bu layihənin gerçəkləşdirilməsi yolunda Livandan Əfqanıstana qədər bütün məkanlarda şiə rejimləri sünnilərlə kəskin şəkildə üz-üzə qoymaq və nəticədə İŞİD-in yeni versiyasını əldə etmək. Xüsusən də bölgədə qüvvələr balansı və alyanslar mislisz şəkildə sürətli templə dəyişdiyi üçün.

Türkiyənin “Sabah” qəzetinin qeyd etdiyi kimi, problem bundadır ki, Yaxın Şərqdə “zaman, məkan, mövcud və potensial meydana çıxan böhranlardan asılı olaraq dünənki müttəfiqlər asanlıqla düşmənə çevrilirlər”.

Nəşr yazır, deməli, hələ bu yaxınlarda heç kim güman etmirdi ki, “ABŞ-ın Suriya böhranında iştirakı sürətlə antitürkiyə kampaniyasına dönəcək: Vaşinqton Türkiyənin əsas düşməni, Suriya kürdlərinin “Demokratik Birlik” Partiyasını dəstəkləməyə və hakimiyyətini möhkəmlətməyə başlayacaq. Suriyada Rusiya, Türkiyə və İran müttəfiq kimi çıxış edir. Prezident Trampın səs-küylü antiiran bəyanatlarına baxmayaraq, amerikalılar İraqda isə Tehranla birgə hərəkət edirlər”.

İsraildə deyirlər ki, İrana görə ümumi əndişə zəminində onun ərəb ölkələri ilə münasibətləri yaxşılaşır. Başqa sözlə, Yaxın Şərqdə ən müxtəlif ideyalar pərdəsi altında ən müxtəlif geopolitik kombinasiyalar qurmaqda gerçək imkanlar varlığını sürdürür. Baxarıq, bu dəfə ABŞ-ınkı necə alınacaq, amma Vaşinqton bunda haqlıdır – partiyanın oynanılması üçün ona Avropa Birliyinin yardım və dəstəyi həqiqətən gərək deyil.

Tərcümə Strateq.az-ındır.
скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook