Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Qarabağ düyünü: Tarixi şansı əldən vermək olmaz

Qarabağ düyünü: Tarixi şansı əldən vermək olmaz
yüklənir...

Rəsmi Bakı heç vaxt bu tərz ədalətsiz gedişlərlə barışa bilməz və münaqişədə zərərçəkmiş tərəf kimi təsirli əks tədbirlərin görülməsini reallaşıdrmaqda azaddır..



Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəticələri bir neçə vacib məqama aydınlıq gətirdisə, bunlardan ən vacibi rəsmi Bakının yanaşması əsasında substantiv danışıqlarını müqəddəratı ilə bağlıdır. Birmənalı deyilməli olsa, müəyyən şəkildə qeyd olunmalıdır ki, danışıqlara substantivlik qətiyyən xas deyil və rəsmi İrəvanın siyasi prosesi iflic vəziyyətə salma cəhdləri davam edir.

Bir neçə ay əvvəl erməni silahlı qüvvələri xarici işlər nazirlərinin görüşü ərəfəsində Füzuli rayonunun Alxanlı kəndini gülləbaran edib insanlığa qarşı növbəti cinayətini törədərək 2 yaşlı uşağı, onun nənəsini qətlə yetirdikdən sonra prezident İlham Əliyev bəyanatla çıxış etdi. Onun “ermənilər vəziyyəti qarışdırmaqla nazirlərin görüşünü pozmaq və siyasi prosesi ümumiyyətlə dayandırmaq istədilər, biz isə buna imkan vermədik” açıqlaması tərəflərin anlaşmasını səciyyələndirib göstərdi ki, Sərkisyan administrasiyası özünün dağıdıcı məramından dönmək fikrində deyil və prosesdə imitasiya xatirinə iştrak edir.
Rəsmi Bakının substantiv danışıqlar aparma tələbi isə konkret rejimin olmasına hesablanıb ki, bu da anlaşılandır. Söhbət təmasların davamlılıqla getməsini, ardıcıllıq prinsipinə söykənməyi, nəhayət, cari və əsaslı gündəliyin işlənməsini nəzərdə tutur. Əgər belə metodika olmayacaqsa, onda proses nəinki illərlə, hətta onilliklərə davam edə bilər və nəticədən danışma ümumiyyətlə yersiz olar.
Cenevrə, daha doğrusu, onun ardınca Sərkisyanın İsveçrə erməni icması qarşısında açıqladığı mövqe bir daha təsdiqlədi ki, İrəvan hazırda daha çox Qarabağ böhranına deyil, özünün daxili keçid probleminə köklənib. Bu Azərbaycanın maraqlarına qismən toxunan məsələdir, lakin Ermənistanın siyasi prosesi heçə endirmə cəhdləri vəziyyəti kritik xəttə yaxınlaşdırdığına görə məsələ qəlizləşir və bu 2016 il aprel ssenarisnin təkrarlanmasını qaçılmaz edir.
Bunu ermənilərdən başqa Minsk qrupunun həmsədrləri də anlayıb tədarüklərini görməkdə davam edirlər. Lakin onların səy və məramı hansı dərəcədə mövcud duruma mütənasibdir? Məsələ də məhz bundadır.
“Söz və vədləri daha düzgün, reallığı adekvat ifadə edən hərəkətlərdir” mətləbindən çıxış etməyə gəlinsə, iki məqama diqqət yetirmək son dərəcə vacib görünür. Həmsədr ölkələrin ikisi bu ərəfədə, guya sülh prosesinə öz töhfəsini vermək istəyi ilə çox orijinal gedişlərə üstünlük verdilər. Müvəqqəti sülhün sabit hal almasını daim vurğulayan Rusiya Ermənistan üçün 100 milyon dollarlıq kredit xətti açıb qabarıq şəkildə özünün nə dərəcədə obyektiv və neytral olduğunu bir daha diqqətə gətirdi.
Söz yox ki, bu məmləkət indi neft bazarında baş verən qiymət defoltu ilə bağlı ixracatda diversifikasiya əməliyyatlarını gücləndirir və silah satışı onun valyuta ehtiyatlarını bir qədər doldurur. Lakin, nəzərə alınsa ki, Ermənistan üçün açılan kredit xətlərinin bir o qədər də böyük komersiya əhəmiyyəti yoxdur və eyni zamanda sözügedən əməliyyatın geosiyasi tərkibi iqtisadi qatını xeyli üstələyir, istər-istəməz bir qənaət özünü biruzə verir. Moskva həmsədr qismində özünü son dərəcə anlaşılmaz və motivasiyalı aparıb müttəfiqinə strateji hədiyyələr verir. Bu Azərbaycan maraqlarını inkar etməklə bölgədəki balansın işğalçı dövlətin xeyrinə dəyişməsinə qulluq edir.
Rəsmi Bakı heç vaxt bu tərz ədalətsiz gedişlərlə barışa bilməz və münaqişədə zərərçəkmiş tərəf kimi təsirli əks tədbirlərin görülməsini reallaşıdrmaqda azaddır.
Qarabağ düyünü: Tarixi şansı əldən vermək olmaz

İkincisi, həmsədr dövlət Amerika Minsk qrupundakı ABŞ-ın sabiq diplomatları Keri Kavano və Ceyms Uorlik başda olmaqla Amerika Helsinki Komissiyasının sədrliyi ilə birlikdə, eləcə də ermənipərəst lobbinin aparıcı simaları daxil olmaqla “xüsusi dinləmələr” formatında bir yığıncaq keçirdi. Orda özünün bədnam rolu ilə məşhurluq qazanmış ANKA-nın da (Amerikanın erməni komitəsi) rəhbər nümayəndələri iştrak edib. Söhbətin gedişatı yenə də Ermənistanın mövqeyinin müdafiəsinə tuşlanmaqla Azərbaycanın maraqlarını yersiz və əhəmiyyətsiz edib.
Rəsmi dairələrin (Koqresin) nümayəndələri iştrak etdiyi yığıncaqda xüsusi ilə qeyd olunub ki, guya, Azərbaycanın hədsiz silahlanması tək Ermənistan üçün deyil, həm də bölgə üçün təhdidlər törədir və genişmiqyaslı hərbi kampaniya başladığı təqdirdə digər məmləkətlərin odlu prosesə qatılma ehtimalı xeyli artır. Nəhayət, dinləmə iştrakçılarının fikrincə Qarabağ münaqişəsinin fiziki coşması Cənubi Qafqazda dəhşətli humanitar fəlakətin yaranması ilə nəticələnə bilər deyə, onlar rəsmi Bakıya təzyiq göstərilməsini məqbul sayıblar. Sanki erməni işğalı ucbatından bölgədə 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün heç yoximiş.

Fransa bu tərz utanc gətirən əməllərə qol qoymasa da, onun da rəyi, şübhəsiz, ermənipərəstdir və prinsipial mövqe bildirmək lazım gəldikdə, şübhəsiz, Paris işğalçı Ermənistanın ayağını baxtalamayacaq və bunun da səbəbləri gün kimi aydındır.
Bunların fonunda İspaniyanın yaşadığı Kataloniya böhranın gedişatını nəzərə aldıqda bir qənaət özü ilə hesablaşmağı qaçılmaz edir. Rəsmi Brüssel, nəhayət, münaqişə ilə bağlı mövqeyini açıqlayıb. Avropa İttifaqı birmənalı bildirib ki, Kataloniya problemi İspaniyanın daxili işidir və onun həllində vasitəçilərin iştrakı qətiyyən yersizdir. Söz yox ki, bu yanaşma Aİ-yə daxil olan bütün məmləkətlərin vahid rəyini əks etdirir. Bu haqda rəsmi açıqlama səsləndirmiş Avropa Komissiyasının sədri Donald Tusk xüsusi ilə bildirib ki, problem İspaniya qanunvericiliyi çərçivəsində həllini tapmalıdır.
Bu özü özlüyündə çox vacib presedentdir və örnək kimi qüvvəyə minməlidir. Onun dondurulmuş münaqişələrin alqoritminin tapılımasında da rolu və yeri əvəzsiz ola bilər. Qarabağ böhranı Avropa təsisatları tərəfindən BMT-nin mandatı əsasında 30 ilə yaxındır ki həll olunur, lakin irəliləyiş sıfır səviyyəsindədir. Əgər rəsmi Bakı Minsk qrupunun xidmətlərindən (məlum səbəblərə görə) imtina etsə, problemin Azərbaycan qanunvericilik çərçivəsində həll edilməsi üçün tələb olunan hüquqi baza mövcuddur.

Bu haqda tək düşünmək deyil, əməli addımlar atmağa dəyər. Həm də bu istiqamətdə ediləcək işlər utanc gətirən ikili standartlar təcrübəsinin də aradan qaldırılması üçün əvəzsiz rol oynaya bilər. Buna böyük ehtiyac var.

Tofiq Abbasov
Çağdaş Strateji Araşdırma Mərkəzi
скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook