Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF

yüklənir...


Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

Tərəfdar.az millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Milli Məclisin 20 oktyabr tarixli iclasındakı çıxışının mətnini təqdim edir:

Əli Məsimli bu çıxışını həm də deputat həmkarı Vahid Əhmədovun da adından etdi.

Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 10 fevral 2017-ci il tarixli Sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə Cinayət Məcəlləsində kompleks dəyişikliklər edilir. Həmin dəyişikliklər cinayət-hüquq siyasətinin liberallaşdırılması, Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi, azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması, bir sıra cinayət tərkibinin dekriminallaşdırılması, azadlığın məhdudlaşdırılmasının alternativ cəza növü kimi sanksiyalara daxil edilməsi və sair bu kimi vacib məsələlər öz əksini tapıb.

Bununla belə Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə 196-cı maddəsinin 1-ci bəndinə dair öz fikrimizi bildirmək istərdik. Həmin maddənin 1-ci bəndində xeyli miqdar kreditor borclarını ödəməkdən yayınmaya görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu dəyişiklik humanist görünsə də, kredit borcları probleminin həllinə heç bir köməyi olmayacaq. Ona görə ki, kredit borcları sistem xarakterli problemdir, onu Cinayət Məcəlləsi çərçivəsində həbsetmə və sair cəzalar yolu ilə həll etmək mümkün deyil. Əsas səbəb odur ki, əhalinin xeyli hissəsi banklardan aldıqları kreditləri artıqlaması ilə çoxdan qaytarıblar. Banklar indi əhalidən aldıqları yox, almadıqları krediti ödəmək üçün müxtəlif manupulyasiyalarla böyük pullar tələb edir. Əhalinin isə belə şişirdilmiş məbləğdə borcları ödəməyə pulları yoxdu. Ona görə də həbs cazasının müddətinin 1 il azaldılması çıxış yolu deyil. Hesab edək ki, ”xeyli miqdarada” adı ilə 10 min manat borcu olan adam həbs edildi. Həmin adamın həyatı qırılır, ailəsi dağılma təhlükəsi ilə üz-üzə qalır. Bank həmin adamdan 1 manat belə pul ala bilmir. Dövlət isə həbs olunan hər bir adamın cəzaçəkmə müəssisəsində saxlanılmasına əvvəllər 15 manat xərc çəkirdisə, sonra bu rəqəm 19 manata, yenidən qurulmuş cəzçəkmə müəsssisəsində isə 22 manata çatıb. Deməli dövlətin həbs olunan hər bir adamın cəzaçəkmə müəssisəsində saxlanılmasına çəkdiyi məcmu xərc ayda 660 manat təşkil edir ki, bu da ölkəmizdəki orta aylıq əmək haqqından 1,3 dəfə çox, büdcə təşkilatlarında çalıçanların çoxunun aylıq maaşından 2-2,5 dəfə böyük bir rəqəmdi. Bu əsasda dövlət, məsələn, 10 min manat borca görə həbs olunan hər bir adamın cəzaçəkmə müəsssisəsində saxlanılmasına ildə 8 min manat, Cinayət Məcəlləsində öz əksini tapan 2 ilə isə 16 min manat xərc çəkir.

Təklif edirik ki, dövlət elə də böyük olmayan bu cür mələğlər üçün, vətəndaşı həbs etmək əvəzinə, onun həbsxanada saxlanılmasına çəkəcəyi 16 min manatın bir hissəsini həmin adamın əsas borcuna əlavə edilmiş faizlərin, dəbbə pullarının və sairin ödəməsinə yönəltsin, bir hissəsini isə sosial məsələrin həllinə əlavə vəsait yönəlişi kimi istifadə etdin. Məsələn, bizim təklif etdiyimiz üsuldan istifadə etməklə 10 min adamın həbsdən xilas olması, dövlətə 80 milyon manat maliyyə vəsaitinə qənaət etməyə imkan verər. Bu pullu büdcədən Mənzil İnşaat Dövlət Agentliyinə sosial evlər üçün ayrılan 50 milyon manatlıq əlavə vəsaitin üstünə gəlməklə, həmin məbləği 2,6 dəfə artırmaq və ya qənaət olunmuş həmin məbləğə əlavə olaraq 2 min mənzil tikib, nəzərdə tutulduğundan 2 min əlavə gənc ailəni mənzillə təmin edib, sevindirmək olar.

Cinayət Məcəlləsində öz əksini tapan 2 ilə qədər həbs cəzasının tətbiqində nisbətən kiçik bir məbləğ üstündə bütün tərəflər- vətəndaş da, bank da, dövlət də uduzur. Bizim təklif etdiyimiz variantda isə uduzan tərəf yoxdur, əksinə dövlət həmin kateqoriyadan olan insanların həbsxanada saxlanılması xərclərindən azad olur, 10 milyon manatlarla dövlət vəsaitininə qənaət olunur, vətəndaş azadlıqda qalır. İcra nümayəndəsi belə adamların işə düzəldilməsinə təsir etsin, o da işləyib borcun əsas hissəsini qaytarmağa başlasın. Dövlət isə qənaət etdiyi həmin pulun bir hissəsi hesabına borcluların faizlərini, dəbbə pulunu və sairi ödəyir. Kreditə görə pullar banklara qayıtmağa başlayır.

Fikrimizcə, bizim bu təklifimizin nəzərə alınması cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həm dövlətin, həm bankların, həm də vətəndaşların xeyrinə zəruri bir addım, ən əsası isə əhalinin borc tələsindən azad olmasına və kreditor borclarını ödənilməsində ciddi irəliləyişə səbəb olar.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook