Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ
yüklənir...

Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Karen Karapetyan gözlənilən kadr dəyişikliyi ilə bağlı konsensusa gəlib.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistanın "Jamanax" qəzeti məlumat yayıb. Qeyd edilir ki, 2018-ci ilin aprel ayında prezident səlahiyyətləri başa çatan Serj Sarkisyan baş nazir vəzifəsinə iddiasını təmin etmək üçün Karen Karapetyanla razılığa gəlib. Daha doğrusu, hökumətin hazırki rəhbəri prezidentə güzəştə gedib.

Mənbənin yazdığına görə, S. Sarkisyan oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan qayıtdıqdan sonra baş nazir Karapetyanla görüşüb. Ermənistan prezidenti Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqların gedişi barədə vəziyyəti K.Karapetyana izah edib. Serj Sarkisyan bildirib ki, güclü siyasi hazırlıq olmadan danışıqlar prosesinin yükünü daşıya bilməz. Məsələ burasındadır ki,2018-ci ilin aprel ayında Ermənistan parlamentli üsul-idarəetmə sisteminə keçdikdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqları baş nazir aparmalıdır. Bu baxımdan, S.Sarkisyan ali icra hakimiyyətinin rəhbəri kimi baş nazir postuna seçilməklə həm də Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqları aparmaq səlahiyyətini də özündə saxlamaq istəyir. Serj Sarkisyanın Karen Karapetyana baş nazirin müavini postunu təklif etdiyi qeyd edilir. Lakin o, faktiki olaraq hökumətə rəhbərlik etmək səlahiyyətinə malik olacaq. Belə ki, Ermənistanın maliyyə-iqtisadi və sosial sahələr K.Karapetyanın tabeliyinə veriləcək.

Sarkisyan özü isə baş nazir kimi siyasi və təhlükəsizlik məsələlərini idarə edəcək. "Serj Sarkisyan anlayır ki, baş nazirlikdən aşağı post tam səlahiyyətlə danışıqlar aparmaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Ermənistanın təhlükəsizliyinə dair qərar qəbul etmək üçün ona mandat vermir. Bu əsaslandırma ilə Karen Karapetyanın baş nazirin müavini kimi vəzifə funksiyaları dəyişmir. O, hökumətin iclasını keçirməkdə davam edəcək, kadr dəyişikliyini həyata keçirməkdə müstəqil olacaq. Serj Sarkisyan isə baş nazir vəzifəsini "Baqramyan 26 “ ünvanda yerləşən prezident sarayından icra edəcək. Hazırda Ermənistan prezidenti üçün saray axtarılır. Ancaq yeni seçilmiş dövlət başçısının prezident sarayını S.Sarkisyanla böləcəyi də istisna olunmur".

Ermənistan Konstitusiyasına görə, S.Sarkisyan iki dəfə prezident seçildiyi üçün üçüncü müddətə namizədliyini irəli sürə bilməz. Sarkisyandan sonra prezident bir dəfə olmaqla 7 il müddətinə parlament tərəfindən seçiləcək. Yeni prezidentin səlahiyyətləri isə çox məhdud, hökumət daha geniş funksiyaya malik olacaq. Ali icra hakimiyyətinin rəhbəri isə baş nazir sayılacaq. Lakin S.Sarkisyanın prezidentlik müddəti hələ başa çatmadığından konstitusiyanın yeni tələbləri tam qüvvəyə minməyib. 2018-ci ildə yeni prezidentin seçilməsi ilə paralel olaraq yeni hökumət formalaşmalıdır. Bu baxımdan, Serj Sarkisyan dövlət başçısı kimi vəzifəsini təhvil verdikdən sonra baş nazir postuna yiyələnməklə hakimiyyəti yenidən əlində saxlamağa çalışır. Bir müddət əvvəl Ermənistan mediasının yaydığı məlumatda isə qeyd edilirdi ki, S.Sarkisyan Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək. Bundan başqa, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti də baş nazir kimi Sarkisyanın tabeliyində olacaq. Daxili İşlər Nazirliyi isə Karen Karapetyanın idarəçiliyinə veriləcək.

Siyasi ekspertlərin fikrincə, Ermənistanda hakimiyyətin formalaşmasının əsas ssenari müəllifi olan Rusiya S.Sarkisyanın baş nazir olmasına etiraz etməyəcək. Çünki Kreml Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. Bu baxımdan, S.Sarkisyan Rusiyanın Ermənistandakı geosiyasi və hərbi maraqlarını təmin etməklə yanaşı, Azərbaycanla müharibədə mövcud status-kvonu qoruyub saxlaya bilir. Yəni, Serj Sarkisyanın artıq Kremlin xeyir-duasını aldığını söyləmək olar. Çox güman ki, hazırki baş nazir K.Karapetyan da Moskvanın bu mövqeyindən xəbərdar olduğu üçün bir addım geri çəkilməyə razılıq vermək məcburiyyətində qalıb.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook