Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil
yüklənir...

Səudiyyə kralı Salman ibn-Əbdüləziz və Rusiya prezidenti Vladimir Putin



Rənda Təkiyəddin

Al Hayat (Böyük Britaniya), 19.10.2017



Yaxın Şərqdə inkişaf edən bir çox hadisələr neft bazarlarındakı qiymət siyasətində qeyri-müəyyənliyə səbəb olub. İraq baş naziri Heydər əl-Abadi müstəqillik haqda kürd referendumundan sonra kürd neftinin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə tədarükünü dayandırmağa çağırıb. Türkiyə buna razılaşsa, bu onun gündə yarımmilyon barreldən çox neft itirməyinə gətirib çıxaracaq. Kürdüstan bölgəsindən hər gün bu neft kəməri ilə, təxminən, 600 min barrel ixrac olunur və bu həcmin böyük qismini İsrail alır. Lakin Türkiyə neft kəmərini bağlamaq hədəsi gəldiyinə baxmayaraq indiyədək bunu etməyib. Türkiyə energetika naziri prezident Ərdoğanın kürəkənidir və neft kəmərinin işlək qalmasında maraqlıdır. Kürdüstana yatırım axıdan və orada işləyən minlərlə türk şirkəti var. Hədənin mövcudluğuna baxmayaraq bu cür tələbi yerinə yetirmək asan deyil.

Prezident Putin də kürd neftinin boykotu prosesində Türkiyə və İranın barışığında mühüm rol oynayıb. Kürdüstan yük maşınlarında Türkiyə və İrana tonlarla neft ixrac edir, həmçinin İrandan neft emalı məhsulları idxal edir. Şübhəsiz, Türkiyə və Kürdüstan arasında neft ticarəti azalsa, bu, neft bazarına təsir edə bilər. Kürd nefti əvvəlki kimi Türkiyə neft kəməri ilə axmağındadır, onun satışından gəlirlər isə İraq və Kürdüstan hökumətinə heç nə ödəməyən Türkiyə banklarına yatır.

Neft bazarında ən təsirli hadisəyə gəlincə, bu, Səudiyyə kralı Salman ibn-Əbdüləzizin Rusiyaya səfəri və prezident Putinlə danışıqlarıdır. Rusiya və Səudiyyə Ərəbistanı arasında neft sektorunda başlanan və OPEK ölkələrində və ondan kənarda neft hasialtını azaltmağa yönəlik əməkdaşlıq neft qiymətlərinin çöküşünə mane olub. Bu həm də həmin görüşə səbəb olub ki, kral Salmanın və Səudiyyə Ərəbistanı energetika naziri Xalid əl-Falehin sözlərinə görə, neft sahəsində tərəfdaşlığın davamına işarə edir. Növbəti ilin martınadək neft istehsalının azalamasını davam etdirmək lazımdır. Bu səfər sayəsində bu yöndə birgə fəaliyyət üçün təməllər qoyulub. Nef nəhəngi iki dövlət – Səudiyyə Ərəbistanı və Rusiya neft qitmətlərinin düşməsi ilə mübarizədə tərəfdaş olub və Amerikada neft hasilatının artdığı bir şəraitdə qimətin öz iqtisadiyyatları üçün dağıdıcı səviyyəyə çatmasına imkan verməyiblər. ABŞ neft ixracatına yasağı götürən kimi ixracat gündə 1,98 milyon barrellə rekordə səviyyəyə çatıb.

Neft bazarına təsir edə biləcək daha bir hadisə İrana nisbətdə ABŞ sanksiyalarının dönüş ehtimalıdır. Bu, İranda fəaliyyətini təzələyən və əvvəllər Amerika embarqosunu pozduğuna görə səkkiz milyard avro ödəmiş Paribas bankının başına gəldiyi kimi cərimə ödəməkdən ehtiyat edən beynəlxalq və xüsusən də Avropa şirkətlərini qorxudur. Məsələ İrana qarşı ABŞ sanksiyalarının təzələnib-təzələnməyəcəyindədir. Bu, baş versə, gündə 2,2 milyon barrel təşkil edən İran neft ixracatının 25%-i qəbul edən Avropa buna tabe olacaqmı?

Tramp administrasiyası İranın 2015-ci ildə beynəlxalq birliklə imzaladığı nüvə sazişinin icrasına yetərincə sadiq olub-olmadığını gələn həftə müəyyən etməli olacaq. Amerika sanksiyaları qayıtsa, bu, bir neçə min barrel neft itkisinə dönüşəcək.

Bütün bu dəyişikliklər Səudiyyə-Rusiya əməkdaşlığı amili çıxdaş olmaqla neft qiymətinə nisbətdə qeyri-müəyyənliklərə səbəb olur. Şübhəsiz, bu işbirliyi iki ölkənin Asiya neft bazarlarında, xüsusən Çində rəqabətinə baxmayaraq qiymətlərin istənilən şəraitdə çökməsinə imkan verməyəcək. Avropa şirkətləri buna ümid bağlayır ki, ABŞ sanksiyaları geri dönməyəcək, amma Trampın son nəticədə nə qərara gələcəyini heç kim bilmir.

Avropanın Brent markalı neftinin qiyməti hazırda siyasi hadisə və dəyişikliklər, həmçinin qasırğadan mülayim havaya qədər iqlim şəraitindən asılı olmaqla 55-57 dollar arasında tərəddüd edir. Ehtimal ki, neft qiyməti indiki səviyyədə qalacaq, çünki bu cür parametrlər var ikən gələcəkdən xəbər vermək mümkün deyil.

Tərcümə Strateq.az-ındır.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.01.2018

DSX-da 20 Yanvar faciəsi anılıb

20.01.2018

Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20.01.2018

Azərbaycanın Rusiyadan aldığı hərbi texnika - FOTOLAR+VİDEO

20.01.2018

20 Yanvar faciəsindən 28 il ötür

18.01.2018

Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18.01.2018

ABŞ prezidenti CNN-in müxbirini mətbuat konfransından qovub

17.01.2018

Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

17.01.2018

DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17.01.2018

Həkim iclasda baş həkimə “od püskürdü”:"Burada oturub camaata torba tikməklə məşğulsunuz" - VİDEO

17.01.2018

ABŞ-la RUSİYA ARASINDA VASİTƏÇİLİK VƏ 22 MİLYARDIN TALEYİ… –İki böyük "oyunçu"nun "sözçüsü" Nazarbayev Trampdan nə istəyəcək?

17.01.2018

Türkiyə universitetləri nə işə yarayır? – TƏHLİL

16.01.2018

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

16.01.2018

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

16.01.2018

“İctimai təhlükəsizliyin təminində uğurlar qazanmışıq”

15.01.2018

Sergey Balmasov:Vaşinqton Suriyada qalmaq üçün "kürd kartı"ndan istifadə edir

15.01.2018

Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

14.01.2018

Vasif Talıbov üçün özəl gün

14.01.2018

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

14.01.2018

Havay adalarında səhvən raket həyəcanı verilib

13.01.2018

Mehriban Əliyeva nahar hazırladı - Borş, kotlet, kökə... + Fotolar

12.01.2018

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

DÜNYA BRENDİ SPAR BAKIDA İLK EKSPRESS FİLİALINI AÇDI

12.01.2018

Rəsmi Moskvadan ABŞ-a sərt reaksiya - Azərbaycanla bağlı hesabata etiraz

12.01.2018

Mədət Quliyev direktora mükafat verdi

12.01.2018

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinəZƏRBƏ, ticarətçilərə DƏSTƏK

12.01.2018

Yerevanda generalların “sxodka”sı– Müdafiə naziri Vigen Sarkisyanın “qələmi qırıldı”

12.01.2018

Əbülfəz Qarayevin Ağstafadakı işçisi icra başçısı olmaq istəyir?

12.01.2018

İlham Əliyev Davosa gedir

12.01.2018

“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər” — YAP Siyasi Şurasının üzvündən SENSASİON AÇIQLAMA

12.01.2018

“Nar” 2018-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək

12.01.2018

Azərbaycanda ölüm niyə cavanlaşır? - Professordan çox önəmli AÇIQLAMA

12.01.2018

“Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

Bütün Xəbərlər

FaceBook